Fransa Niger hərbçiləri ilə bu Afrika ölkəsindən bölmələrinin bir hissəsinin çıxarılmasının mümkünlüyü ilə bağlı danışıqlara başlayıb. Bu barədə “Le Monde” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, “bir sıra bölmələrin çıxarılması ilə bağlı danışıqlar artıq başlayıb”. Qəzet mənbəsinin sözlərinə görə, iyunun sonunda Nigerdə baş vermiş çevrilişdən sonra “birgə antiterror fəaliyyətlərinin dayandırılması fonunda belə müzakirələr olduqca təbiidir”.
Bununla belə, nə Nigeri tərk edə biləcək əsgərlərin sayı, nə də onların geri çəkilmə qrafiki barədə məlumat verilmir. Qəzetin yazdığına görə, fransız qoşunları “qismən qonşu ölkələrə, xüsusən də Çada yerləşdirilə, qismən də Fransaya qaytarıla bilər”. Hazırda Nigerdə təxminən 1500 fransız əsgəri var
Bundan əvvəl Fransanın xarici işlər naziri Ketrin Kolonna demişdi ki, Nigerdəki fransız qoşunları Nigerin hərbi personalının hazırlanması, eləcə də terrorizmlə mübarizədə onlara köməklik göstərmək kimi vəzifələrini de-fakto yerinə yetirə bilmir.
Niger baş naziri Fransa ordusunun sürətlə geri çəkilməsi üçün təmasların olduğunu açıqlayıb. Ali Mahaman Lamin Zein deyib ki, onlar “bu prosesin çox tez başa çatdırılmasına imkan verməlidirlər”. Eyni zamanda, Nazirlər Kabinetinin müvəqqəti rəhbəri əlavə edib ki, Niamey Parislə əməkdaşlığı davam etdirmək istəyir.
O, daha əvvəl üsyançıları hərbi müdaxilə ilə hədələyən Qərbi Afrika İqtisadi Birliyi ilə əlaqələrdən də danışıb. Zanenin sözlərinə görə, “bir neçə gün ərzində razılığın əldə olunmasına ümid var”.
Niger keçmiş Fransa koloniyasıdır. Təxminən 1,5 min fransız əsgəri var ki, onların çoxu Nigerin paytaxtı yaxınlığında yerləşdirilib. Paris üsyançıların hökumətini legitim kimi tanımaqdan imtina edib və səfirinin qovulması təhlükəsinə məhəl qoymayıb.
VƏLİ
Rusiya xarici işlər naziri Lukaşenko rejiminin Ukraynaya qarşı müharibədə iştirakı ilə bağlı açıqlama verdi...
Ukrayna Silahlı Qüvvələrinin yeni taktikası yarımadada böyük yanacaq böhranına səbəb olub...
Kreml lideri bu ləqəbi Kiyev Peçersk Lavrası hücumundan sonra alıb...
Rusiyada Novorossiysk sakini şəhərin yanacaq çatışmazlığı ilə bağlı emosional video çəkib...
Krım tatar xalqının liderlərindən biri olan Erfan Kudusov yarımadadakı vəziyyət barədə danışıb...
Welt: Ukraynadakı müharibədən əldə edilən təcrübə alman dron istehsalçılarına ABŞ-dan daha yaxşı nəticələr göstərməyə kömək etdi...
Kreml nəzarət illüziyası yaratmağa çalışır…
Lavra üçün Kiyev cavabdeh olacaq…