PDF Oxu

Dünya

  • 6 233

Suriyanın şərqindəki ABŞ bazasına raket zərbələri endirilib

Suriyanın şərqindəki ABŞ bazasına raket zərbələri endirilib

..Suriyanın şərqində, Deyr əz-Zor əyalətində, Amerika hərbçilərinin nəzarətində olan Əl-Ömər neft yatağı yaxınlığında yerləşən hərbi bazaya hücum edilib.SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.Kanalın sözlərinə görə, obyektə bir neçə raket atılıb. Bazanın yerləşdiyi ərazidən partlayış səsləri eşidilib. Hücumun təfərrüatları və nəticələri barədə məlumat verilmir.Qeyd edək ki, 2023-cü ilin oktyabrında Qəzza zolağında Fələstin-İsrail münaqişəsinin kəskinləşməsindən sonra ABŞ-ın İraq və Suriyadakı hərbi bazalarına raket və pilotsuz təyyarələrdən istifadə etməklə hücumlar daha tez-tez baş verir.Şiə milisləri ABŞ-ın İsrail ordusuna hərbi yardımını davam etdirdiyi üçün respublikaların ərazisində silahlı əməliyyatların sayını artıracaqları barədə xəbərdarlıq ediblər.Fevralın 1-də “Al Mayadeen” kanalı amerikalı hərbi mənbəyə istinadən, 2023-cü il oktyabrın 17-dən bəri Vaşinqtonun rəhbərlik etdiyi beynəlxalq antiterror koalisiyasının hərbçilərinə 98 hücum həyata keçirildiyini bildirmişdi.Yeri gəlmişkən, Suriyanın şərqində və şimal-şərqində yerləşən Deyr əz-Zor, Rəqqa və Həsəkə əyalətlərinin əksəriyyəti ABŞ-ın dəstəklədiyi kürd ittifaqı Suriya Demokratik Qüvvələrinin nəzarətindədir. Xatırladaq ki, 2015-ci ildən bəri ABŞ komandanlığı bu ərazidə doqquz hərbi baza yaradıb.2019-cu ilin sonunda ABŞ-ın o zamankı prezidenti Donald Tramp bir neçə yüz amerikalı hərbçinin Suriyada qalması planını təsdiqləmişdi. Onların əsas vəzifələrindən biri ölkənin şimal-şərqində və şərqində neft yataqlarına nəzarəti təmin etməkdir.…Və onu da qeyd edək ki, Dəməşq ABŞ-ın Suriya ərazisində hərbi mövcudluğunu qanunsuz işğal kimi qiymətləndirir.

Ağasəf Babayev

Digər xəbərlər

“Rusiya ilə Avropa arasında müharibə qaçılmazdır”..?
“Rusiya ilə Avropa arasında müharibə qaçılmazdır”..?

Putin xəritələri açır. Kreml müharibənin başa çatması ilə bağlı müzakirələrə yeni girişlər təqdim etməyə başladı...

Zaxarova Maydan hadisələrində ABŞ-ın xəyanətini xatırladıb
Zaxarova Maydan hadisələrində ABŞ-ın xəyanətini xatırladıb

O, ABŞ-ın eks-prezidenti Cozef Baydeni Obamanın tapşırığı ilə “Ukrayna prezidentinin yerində oturaraq” Ukrayna hökumətinin iclasına rəhbərlik etmək üçün Kiyevə necə uçduğunu yada salıb...

Afrika və Braziliya Rusiyanı Çindən sıxışdırır
Afrika və Braziliya Rusiyanı Çindən sıxışdırır

Neft bazarında yeni liderlər meydana çıxdı...

Portnikov: Ukrayna üçün demokratların qələbəsi nə deməkdir
Portnikov: Ukrayna üçün demokratların qələbəsi nə deməkdir

Kiyevi dəstəkləyən qanun layihəsi artıq Nümayəndələr Palatası tərəfindən qəbul edilib...

Gücə güclə cavab verilməlidir..!
Gücə güclə cavab verilməlidir..!

NATO Rusiyanın təcavüzünün qiymətini artırmalıdır...

Silah arabalarında olan babalar...
Silah arabalarında olan babalar...

Kremldə infarkt və insult keçirdiyi barədə şayiələr gəzir...

Moskvada çağırışçılara qarşı reydlər başlayıb
Moskvada çağırışçılara qarşı reydlər başlayıb

Saxlanılanlar bir-iki günə orduya göndərilir...