Avropa İttifaqı (Aİ) "xarici təsirin şəffaflığı haqqında" qanuna görə Gürcüstana qarşı sanksiyalar tətbiq etmək niyyətində deyil, lakin bunun ölkənin Aİ-yə üzvlüyünə zidd olduğunu Tbilisiyə çatdırmaq istəyir. TASS agentliyinin xəbərində deyilir ki, bu barədə Aİ-nin yüksək vəzifəli nümayəndəsi Brüsseldə jurnalistlərə bildirib.
“Söhbət cəza tədbirlərindən getmir. Amerikalılar kimi sanksiyalar tətbiq etmək? Onların danışıqları yoxdur, fərqli mövqeləri var. Düşünməyin ki, biz Gürcüstanı bir qanuna görə cəzalandırırıq. Onlar Aİ-yə daxil olmaq istədiklərini deyirlər və eyni zamanda “xarici təsirin şəffaflığı haqqında” qanunu qəbul edirlər. Hər ikisini də bacara biləcəklərini düşünürlər. Bizim cavabımız: yox”, - o bildirib.
Mətləb
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...