PDF Oxu

Dünya

  • 2 737

İtaliyalı boksçu gender testindən keçə bilməyən Xeliflə döyüşdən çəkilib

image

Olimpiya Oyunlarında italyan boksçu Angela Karini əvvəllər gender testindən keçə bilməyən əlcəzairli İman Xeliflə döyüşdən geri çəkilib. Bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.

66 kiloqram çəki dərəcəsində 1/8 final döyüşündə Karini 46 saniyədən sonra mübarizəni davam etdirməkdən imtina edib. Qalib elan edildikdə, italyan rəqibinin əlini sıxmaqdan imtina edbi, sonra diz çöküb və ağlamağa başlayıb.

2023-cü ildə Beynəlxalq Boks Assosiasiyası (IBA) uyğunluq meyarlarına cavab vermədiyi üçün Xelifi, eləcə də tayvanlı Lin Yutinqi dünya çempionatı zamanı yarışlardan kənarlaşdırıb. Gender testinin nəticələri göstərib ki, idmançılarda XY xromosomları var və testosteron artıb. Bununla belə, Beynəlxalq Olimpiya Komitəsi onları 2024-cü ildə qadınların yarışmasına icazə verib.

2024-cü il Olimpiya Oyunları Parisdə keçirilir. Müsabiqə avqustun 11-dək davam edəcək.

Səbinə

Digər xəbərlər

“Tramp kəşfiyyat məsləhətlərindən daha çox instinktlərinə güvənir”

ABŞ kəşfiyyatının keçmiş rəhbəri Trampın siyasətinin əsas risklərini açıqladı...

“Çin Putinlə hər şeyi edə bilər..?”

Pekinin Rusiyaya təsir etmək üçün güclü bir vasitəsi var...

CNN: Rusiya “ölü şahzadələri döyüşə göndərir”...

Kreml müharibə üçün dini "bəraət"i gücləndirməyə çalışır...

Putin hakimiyyətinin əsas “nəticəsi”...

“Əsas”lardan birinə dəstək demək olar ki, üç dəfə azalıb...

The Telegraph: Rusiyanın ABŞ Məxfi Xidmətinə sızmaq planı ifşa edilib

Təqsirləndirilən şəxsləri 20 ilə qədər həbs cəzası gözləyir...

Verxniy Larsda böyük bir növbə yaranıb...

...səfərbərlik qorxusu səbəbindən mindən çox rus Gürcüstana girməyə çalışır

Gülməli insanlar...

Lazım gələrsə, Volodin qışqıracaq: “Hazırlaşın!”