Fransa ilə İngiltərə arasındakı La-Manş boğazını keçməyə çalışan qeyri-qanuni miqrantları daşıyan qayığın batması nəticəsində 12 nəfər həyatını itirib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Fransa Dəniz Administrasiyası 50-dən çox qeyri-qanuni miqrantı daşıyan qayığın ölkənin La-Manş boğazı sahilindəki Bulon-sur-Mer sahillərində batdığını açıqlayıb.
Ölkənin daxili işlər naziri Cerald Darmanin rəsmi ''X'' internet səhifəsində etdiyi paylaşımda qəza nəticəsində ilkin məlumatlara görə 12 nəfərin öldüyünü, itkin düşən 2 miqrantın tapılması istiqamətində axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.
C.Darmanin həmçinin hadisə nəticəsində çox sayda adamın yaralandığını və La-Manş boğazı sahilindəki Pas-de-Kale əyalətinin səlahiyyətliləri ilə görüşəcəyini vurğulayıb.
Məlumata görə, batan qayıqdakı qeyri-qanuni miqrantları xilas etmək üçün bölgəyə xilasedicilər göndərilib.
Qeyd edək ki, cari ilin əvvəlindən bəri 25 qeyri-qanuni miqrant La-Manş boğazını keçmək istəyərkən həyatını itirib.
Keçən il təxminən 30 min miqrant La-Manş boğazını keçərək Fransadan İngiltərəyə keçib. Britaniya və Fransa qeyri-qanuni miqrant axınının qarşısını almaq üçün təhlükəsizlik tədbirlərini gücləndirmək barədə razılığa gəliblər.
Rusiya xüsusi xidmət orqanlarına birbaşa tabe ola bilər...
O, Ukrayna və İran haqqında gizli məlumatların sızdığını etiraf edib. Strateq məlumatı jurnalistlərə 2025-ci ilin iyun ayından ötürüb...
Stiven Hubbard Rusiyanın beş həbsxanasında olub...
Ruslar biabırçılığı gizlətməyə çalışırlar...
Ukrayna təşəbbüsü ələ keçirdi və demək olar ki, bütün xətt boyunca əks-hücuma keçir...
Şimali Koreya rəsmilərinin sədaqəti etibarsız stimula əsaslanır...
Bunlar real sülh sazişinin perspektivləridir...
Amerikalıların altı qrupu siyasi vəziyyəti dəyişməyə qadirdir...