PDF Oxu

Dünya

  • 2 904

ADNSU-da Neftçilərin peşə bayramı qeyd olunub

ADNSU-da Neftçilərin peşə bayramı qeyd olunub

Sentyabrın 19-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Neftçilər Gününə həsr olunan "Ulu Öndər Heydər Əliyevin neft strategiyasının şanli səhifəsi – "Əsrin müqaviləsi" adlı tədbir keçirilib.

SİA xəbər verir ki, bu barədə universitetdən məlumat verilib.

Tədbir iştirakçıları əvvəlcə "Neftlə yazılan tarix" sənədli filminə tamaşa ediblər.

Daha sonra çıxış edən ADNSU-nun rektor əvəzi dosent Vazeh Əskərov Ulu Öndər Heydər Əliyevin neft strategiyasının şanlı səhifəsi olan "Əsrin müqaviləsi"nin Azərbaycan neft sənayesinin inkişafındakı əhəmiyyətindən söz açıb. O, "Əsrin müqaviləsi"nin ölkə iqtisadiyyatının müxtəlif sahələrinin, xüsusilə neft sənayesinin və insan kapitalının davamlı inkişafında mühüm rol oynadığını deyib.

Digər çıxışlarda "Əsrin müqaviləsi"nə gedən yoldakı çətinliklərdən söz açılıb, müqavilənin Ümummilli Lider Heydər Əliyevin dəmir iradəsi və möhkəm dövlətçilik əzminin, qətiyyətli və ardıcıl siyasətinin nəticəsi olaraq reallaşdığı qeyd edilib. Çıxış edənlər Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən neft və enerji strategiyasının ölkəmizin sosial-iqtisadi həyatındakı əhəmiyyətini vurğulayıblar.

Digər xəbərlər

“Rusiya ilə Avropa arasında müharibə qaçılmazdır”..?
“Rusiya ilə Avropa arasında müharibə qaçılmazdır”..?

Putin xəritələri açır. Kreml müharibənin başa çatması ilə bağlı müzakirələrə yeni girişlər təqdim etməyə başladı...

Zaxarova Maydan hadisələrində ABŞ-ın xəyanətini xatırladıb
Zaxarova Maydan hadisələrində ABŞ-ın xəyanətini xatırladıb

O, ABŞ-ın eks-prezidenti Cozef Baydeni Obamanın tapşırığı ilə “Ukrayna prezidentinin yerində oturaraq” Ukrayna hökumətinin iclasına rəhbərlik etmək üçün Kiyevə necə uçduğunu yada salıb...

Afrika və Braziliya Rusiyanı Çindən sıxışdırır
Afrika və Braziliya Rusiyanı Çindən sıxışdırır

Neft bazarında yeni liderlər meydana çıxdı...

Portnikov: Ukrayna üçün demokratların qələbəsi nə deməkdir
Portnikov: Ukrayna üçün demokratların qələbəsi nə deməkdir

Kiyevi dəstəkləyən qanun layihəsi artıq Nümayəndələr Palatası tərəfindən qəbul edilib...

Gücə güclə cavab verilməlidir..!
Gücə güclə cavab verilməlidir..!

NATO Rusiyanın təcavüzünün qiymətini artırmalıdır...

Silah arabalarında olan babalar...
Silah arabalarında olan babalar...

Kremldə infarkt və insult keçirdiyi barədə şayiələr gəzir...

Moskvada çağırışçılara qarşı reydlər başlayıb
Moskvada çağırışçılara qarşı reydlər başlayıb

Saxlanılanlar bir-iki günə orduya göndərilir...