Gürcüstanda parlament seçkiləri sakit keçir, lakin bir neçə məntəqədə kiçik insidentlər qeydə alınıb. SİA xəbər verir ki, bunu MSK-nın mətbuat katibi Natiya İoseliani bildirib.
O, partiya nümayəndələrini, KİV və müşahidəçiləri komissiyaların işinə mane olmamağa, komissiya üzvlərinin funksiyalarına müdaxilə etməməyə və məntəqədə davranış qaydalarına əməl etməyə çağırıb.
Onun sözlərinə görə, bir məntəqədə seçiciyə iki bülletenin verilməsi faktı qeydə alınıb, digər məntəqədə isə qanunla qadağan olunmasına baxmayaraq bülletendən foto çəkməyə cəhd olub.
Fon der Leyen: AB münaqişə bitənə qədər Rusiyadan qaz tədarükünü bərpa etməyəcək...
Ukrayna tərəfdarı sağçılar ABŞ prezidentinin siyasəti üçün əsaslandırmaları tükənməkdədir...
Ukraynada Starlink və Starshield əməliyyatlarına qoyulan məhdudiyyətlərlə bağlı...
Putinə etibar etmək olmaz...
Avropa və Ukraynanı əhatə etmədən müharibəni müzakirə etmək mümkün deyil...