PDF Oxu

Dünya

  • 2 229

Tramp münaqişənin hər iki tərəfinə ultimatum təqdim edəcək..?

Avropa İttifaqı narahatdır, ABŞ Ukraynaya yardımı dayandırır?

image

...Avropa paytaxtları Donald Trampın ABŞ-da keçiriləcək prezident seçkilərində qalib gələcəyi təqdirdə onun Ukraynaya qarşı mümkün hərəkətlərindən narahatdır. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə "Politico" yazır.
Xüsusilə, Keir Starmerin rəhbərliyi altında yeni Britaniya hökuməti hesab edir ki, Tramp Kiyevə hərbi yardımı kəskin şəkildə azalda bilər və ya bunu "Vladimir Zelenskinin ayaqları altından zəmin kəsəcək" sülh danışıqları üçün şərt qoya bilər.

...Məqalədə deyilir ki, Trampın vəzifəyə gəldikdən sonra 24 saat ərzində Ukraynadakı müharibəni bitirmək vədi digər Avropa paytaxtlarında da eyni ciddiliklə qəbul edilir.

Adı açıqlanmayan avropalı diplomat nəşrə verdiyi şərhdə ABŞ-ın Ukraynaya yardımının "bir gecədə dayana biləcəyi" fikrini bildirib.

Rusiya prezidenti Vladimir Putin isə "bundan istifadə etmək istəyəcək və Donbası, Krımı aldığını deyəcək və növbəti dəfə gözləyəcək".

"Növbəti dəfə" məqalədə Rusiyanın Avropa İttifaqı və NATO üzvü olan Baltikyanı ölkələrə hipotetik hücumundan bəhs edilir. Bütün bunlar Fransanı xüsusilə narahat edir.

Yeri gəlmişkən, noyabrın 4-də ABŞ Trampın Ukraynadakı münaqişəni necə bitirə biləcəyini açıqlayıb. "The Hill"də dərc olunan məqalə müəllifinin sözlərinə görə, Tramp münaqişənin hər iki tərəfinə ultimatum təqdim edəcək.

Əli Babayev

Digər xəbərlər

“Tramp kəşfiyyat məsləhətlərindən daha çox instinktlərinə güvənir”

ABŞ kəşfiyyatının keçmiş rəhbəri Trampın siyasətinin əsas risklərini açıqladı...

“Çin Putinlə hər şeyi edə bilər..?”

Pekinin Rusiyaya təsir etmək üçün güclü bir vasitəsi var...

CNN: Rusiya “ölü şahzadələri döyüşə göndərir”...

Kreml müharibə üçün dini "bəraət"i gücləndirməyə çalışır...

Putin hakimiyyətinin əsas “nəticəsi”...

“Əsas”lardan birinə dəstək demək olar ki, üç dəfə azalıb...

The Telegraph: Rusiyanın ABŞ Məxfi Xidmətinə sızmaq planı ifşa edilib

Təqsirləndirilən şəxsləri 20 ilə qədər həbs cəzası gözləyir...

Verxniy Larsda böyük bir növbə yaranıb...

...səfərbərlik qorxusu səbəbindən mindən çox rus Gürcüstana girməyə çalışır

Gülməli insanlar...

Lazım gələrsə, Volodin qışqıracaq: “Hazırlaşın!”