PDF Oxu

Dünya

  • 1 754

Hərbi təlimlər zamanı adanı ələ keçirdilər

General Romeo Brauner Cənubi Çin dənizində mübahisəli adanın ələ keçirilməsini nəzərdə tutan ssenari ilə 4 noyabrda başlayan 2 həftəlik hərbi təlimlə bağlı mətbuata açıqlama verərək deyib ...

image

Filippin ordusu mübahisəli Cənubi Çin dənizində keçirilən hərbi təlimlər zamanı bir adanı ələ keçirdi. SİA-nın məlumatına görə, Filippin Baş Qərargah rəisi general Romeo Brauner Cənubi Çin dənizində mübahisəli adanın ələ keçirilməsini nəzərdə tutan ssenari ilə 4 noyabrda başlayan 2 həftəlik hərbi təlimlə bağlı mətbuata açıqlama verərək deyib: "Çin donanmasının döyüş gəmiləri uzaqdan müşahidə edirdi. Bu əməliyyat manevrə reallıq qatdı: bir adanı ələ keçirdik.

Heç bir ölkəyə yönəlməyən hərbi təlim Filippin ordusunun ölkənin suverenliyini nəyin bahasına olursa olsun, müdafiə etməyə hazır olduğunu vurğulayır. Qonşularımızı və ya hər hansı bir xarici gücə xəbərdarlıq edirik ki, adalarımızı müdafiə edə bilirik".

Hələlik bu məsələ ilə Çindən açıqlama gəlməyib.

Qeyd edək ki, Cənubi Çin dənizi sahilyanı ölkələr müstəqillik əldə etdikdən sonra İkinci Dünya Müharibəsindən bəri region dövlətləri arasında suverenlik mübahisələrinin mərkəzində olub.

Çin ilk dəfə 1947-ci ildə dərc etdiyi xəritə ilə Cənubi Çin dənizinin 80 fazidən çoxu, o cümlədən yeraltı sərvətlərlə zəngin Filippin, Vyetnam, Bruney və Malayziya torpaqları ilə bağlı iddialar irəli sürür.

Digər xəbərlər

“Lukaşenko Tramp və Putin üçün bir tıxacdır”..?

Politoloq: Lukaşenkonun Trampla yaxınlaşması Moskva tərəfindən təsdiqlənmiş bir əməliyyatdır. Rejimin Kremldən başqa heç kimə güvənəcəyi yoxdur...

“Tamamilə cəfəngiyat”...

ABŞ xəyal qurur - onlar iddia edirlər ki, Rusiya 2027-ci ildə Krımı tərk edəcək

Benzin növbələri ruslar üçün normal həyat illüziyasını dağıtdı...

Müharibə və neft emalı zavodlarına edilən hücumlar ölkə daxilində yanacaq çatışmazlığına səbəb oldu.

Avropa döyüşmək istəyirmi..?

NATO qoşunlarının Rusiyaya qarşı güc tətbiq etməsinə icazə vermək üçün açıq bir təklif var. Niderland AB qoşunlarının Rusiyaya qarşı güc tətbiq etməsinə icazə verməyi təklif edib.

“Moskva yanır - bu, yaxşı haldır”..?

Ukrayna paraşütçüləri orta zərbələrin cəbhədəki vəziyyətə təsirini açıqladılar...

ABŞ-da quş döymələrinə zarafat vergisi tətbiq edilib...

Ekoloqlar qeyri-adi bir xeyriyyə kampaniyasına başlayıblar...

BMW-dən elektrik avtomobilini tənqid edənlərə tövsiyə...

...əvvəlcə sükan arxasına keçin! Bu stil brendin gələcək idman modellərinin əsasını təşkil edəcək...