Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cosep Borrell bildirib ki, Qəzza başda olmaqla, Fələstindəki qurbanların əksəriyyəti uşaqlardır. SİA xəbər verir ki, İordaniya Universitetindən verilən açıqlamaya görə, Cosep Borrell beynəlxalq siyasətdəki roluna görə fəxri doktor adına layiq görülüb. Mərasimdə çıxış edən Cozep Borrell İsrailin Qəzzaya hücumlarına diqqət çəkərək, bunu "uşaqlara və onların gələcəyinə qarşı müharibə" adlandırıb.
"Bölgədə hər gün onlarla uşağın öldürüldüyünü" xatırladan Cozep Borrell Qəzza başda olmaqla Fələstindəki qurbanların əksəriyyətinin uşaqlar olduğunu vurğulayıb.
Sülhün təmin edilməsi üçün qeyri-qanuni işğallara, qırğınlara və günahsız insanlara tətbiq edilən aclıq siyasətinə son qoyulmasının vacib olduğunu qeyd edən Cozep Borrell bu kontekstdə hərtərəfli və qərəzsiz araşdırmanın aparılmasının önəmini bildirib.
C.Borrell həmçinin, getdikcə qütbləşən dünyada separatizmlə mübarizə aparılmasına və anlaşma körpülərinin qurulmasına çağırıb.
Kim Çen In ölkənin simvolunu niyə qısaltdı?
Yanacaq qıtlığı Sibirə də çatıb...
CNN-in həmsöhbətləri onun şübhələrini respublikaçıların məğlubiyyəti və İranla münaqişə ilə əlaqələndirirlər...
İspaniya Baş naziri ölkələri əməkdaşlığa çağırdı...
Kreml Aİ-ni danışıqlar tələsinə salmağa çalışır...
Rusiyanın Odessanı ələ keçirmək üçün nə canlı qüvvəsi, nə də vasitəsi var...
Demokratlar vəzifəyə gəldikdən sonra Kremlin səlahiyyətləri kəskin şəkildə azaldılacaq...