"Air Arabia" aviaşirkətinin Moskva–Şarja reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş sorğusu göndərib. Bu qərar göyərtədə olan sərnişinlərdən birinin səhhətinin qəflətən pisləşməsi ilə əlaqədar olaraq qəbul edilib.
SİA-nın əldə etdiyi məlumata görə, Beynəlxalq hava limanından bildirilib ki, "Airbus A320" təyyarəsi təhlükəsiz şəkildə yerli vaxtla saat 18:54-də Bakı hava limanına eniş edib. Hadisə ilə əlaqədar olaraq aeroportun müvafiq xidmətləri yüksək hazırlıq vəziyyətinə gətirilib.
Təcili tibbi yardım briqadası sərnişinə yerində operativ şəkildə yardım göstərib. Daha sonra müayinə üçün xəstəxanaya çatdırılıb.
Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu fövqəladə hallara çevik reaksiya göstərmək və sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün müasir tələblərə uyğun bütün zəruri infrastruktur və yüksək peşəkarlığa malik komandaya sahibdir.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...