2022-ci ilin fevral ayından bəri davam edən Rusiya-Ukrayna müharibəsi nəticəsində hər gün orta hesabla 2 uşaq həyatını itirir və ya yaralanıb.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Uşaq Fondunun (UNICEF) icraçı direktoru Ketrin Rassel, BMT Təhlükəsizlik Şurasının (UNSC) sessiyasında Ukraynadakı uşaqların vəziyyəti ilə bağlı çıxış edib.
SİA-nın məlumatına görə, Ketrin Rassel uşaqların getdikcə birbaşa olaraq münaqişələrə cəlb olunduğunu və 2024-cü ilin ilk 9 ayında 2023-cü ildəkindən daha çox uşaq itkisinin qeydə alındığını vurğulayıb.
O, bildirib ki, 2022-ci ilin fevral ayından bəri azı 2406 uşaq ölüb və ya yaralanıb. Bu isə hər gün orta hesabla 2 uşağın həyatını itirməsi və ya yaralanması deməkdir. Ketrin Rassel müharibənin dəhşətli təsirinin mühüm göstəricisi olaraq, 3,6 milyon insanın Ukrayna daxilində köçkün, 6,7 milyon insanın isə qaçqın vəziyyətinə düşdüyünü qeyd edib.
Ketrin Rassel uşaqların davamlı hücumlar, zorakılıq, yaxınlarını itirmə və köçkünlük səbəbindən ailələrindən ayrılma kimi mənfi hadisələrdən təsirləndiklərini bildirib. O, bu cür travmaların uşaqların psixi sağlamlığına uzun müddətli və dağıdıcı təsirlər göstərə biləcəyinə diqqət çəkib.
BMT Təhlükəsizlik Şurasının üzvlərinə və münaqişə tərəflərinə uşaqları qorumaq üçün təcili addımlar atmağa çağıran Ketrin Rassel siyasi həllə ehtiyac olduğunu vurğulayıb.
"Uşaqlar bu Şuranın bir həll təklif etməsini gözləyirlər. Onları məyus edə bilmərik və etməməliyik",-deyə Ketrin Rassel bildirib.
“Admiral Kuznetsov” və “Pyotr Velikiy” artıq üzməyəcək...
Kiyev Starlink-ə alternativ və peyk əleyhinə silah hazırlayır…
Putin ayaqlarını yerə döyür...
Vaşinqton blokadanı gücləndirir...
Qadağa şirkətin loqosunda qədim yunan bütpərəstliyinə istinad edilməsindən irəli gəlir...
Sankt-Peterburqdan da danışmaq istərdinizmi?
...İlhan Ömər beşinci müddətə yenidən seçilib...
General ABŞ prezidentini Putindən asılı olmaqda ittiham edib...
Kremlin Serbiya, Macarıstan və Rumıniyadakı müttəfiqlərinin məğlubiyyəti Moskvanı Avropadakı dayaq nöqtəsindən məhrum etdi...
Seçicilər Vaşinqtonun işinə yeni yanaşma tələb edirlər...