PDF Oxu

Dünya

  • 2 455

Sergey Lavrov Suriyadakı vəziyyətə münasibət bildirib

Sergey Lavrov Suriyadakı vəziyyətə münasibət bildirib

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qətərin paytaxtı Dohada Türkiyənin xarici işlər naziri Hakan Fidan və iranlı həmkarı Abbas Əraqçi ilə görüşün Suriyada vəziyyətin sabitləşməsinə kömək edəcəyini bildirib. SİA-nın məlumatına görə, Moskvada amerikalı jurnalist Taker Karlsona müsahibə verən Sergey Lavrov Suriyadakı son hadisələri yaxından izlədiklərini, türk və iranlı həmkarları ilə mövcud vəziyyəti Astana prosesi əsasları çərçivəsində yenidən necə nəzərdən keçirə biləcəklərini müzakirə edəcəklərini bildirib.

Suriyadakı vəziyyətin kifayət qədər mürəkkəb olduğunu vurğulayan rusiyalı nazir "Bu, mürəkkəb bir oyundur. Bir çox aktyor iştirak edir. Ümid edirəm ki, bu həftə planlaşdırdığımız görüş (Qətərdə) Suriyadakı vəziyyətin sabitləşməsinə kömək edəcək" deyib.

Rusiya, Türkiyə və İranın Astana Prosesi çərçivəsində müntəzəm görüşlər keçirdiklərini xatırladan Lavrov bu ilin axırı və ya 2025-ci ilin əvvəlində görüş planlaşdırdıqlarını açıqlayıb.

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Ukrayna müharibəsini sona çatdıracağına söz verdiyini xatırladan və bunun hansı şərtlər altında mümkün olacağı sualına isə Lavrov belə cavab verib:

"İyunun 14-də prezident Putin çıxışında buna toxundu. O, İstanbulda (2022-ci ildə) qəbul edilmiş prinsiplər əsasında danışıqlara hazır olduğumuzu bir daha bəyan etdi".

Digər xəbərlər

İsrail internet reklamı vasitəsilə istifadəçiləri izləyirmiş..?
İsrail internet reklamı vasitəsilə istifadəçiləri izləyirmiş..?

İnternet reklamının hazırda işlədiyi metod təhlükəsizlik üçün sistematik təhdiddir...

BMT Baş Katibi seçkilərində lider təşkilatı silkələyəcəyinə söz verir
BMT Baş Katibi seçkilərində lider təşkilatı silkələyəcəyinə söz verir

Prioritetlər: aktiv vasitəçilik rolu və bürokratiyanın azaldılması...

Zalujnı avropalılara müraciət etdi...
Zalujnı avropalılara müraciət etdi...

Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı hesab edir ki, yeni yanaşmalara ehtiyac var...

Rusiyanı daxildən necə məhv etmək olar..?
Rusiyanı daxildən necə məhv etmək olar..?

Müharibə naminə Vladimir Putin ölkəsinin iqtisadiyyatını məhv edir...

Putinin iradəsinə qarşı müharibə necə dayandırıla bilər?
Putinin iradəsinə qarşı müharibə necə dayandırıla bilər?

Bloqçu Mixail Şeytelman Kreml başçısının aradan qaldırıla biləcəyinə inanır...