PDF Oxu

Dünya

  • 3 854

Cənubi Koreyanın prezidenti vaxtından əvvəl istefa verir

image

Cənubi Koreyanın hakim "Vətəndaş Gücü Partiyası"nın lideri Han Donq Hun bildirib ki, o və baş nazir Han Dok Su prezident Yun Sok Yolun vaxtından əvvəl və nizamlı şəkildə hakimiyyətdən getməsi ilə əlaqədar xaosu minimuma endirəcək. SİA xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

"Prezidentin vaxtından əvvəl vəzifədən getməsi ilə xalqa və ölkəyə təsir edə biləcək xaosu minimuma endirəcək, siyasi vəziyyəti sabitləşdirəcək və demokratiyanı bərpa edəcəyik. Vətəndaşların fikrincə, prezident Yun Sok Yol səlahiyyət müddətinin qalan hissəsində ölkəni lazımi qaydada idarə edə bilməyəcək və istefa verməlidir", - deyə o bildirib.

Partiya rəhbəri əlavə edib ki, prezident dövlət işlərində, o cümlədən beynəlxalq münasibətlərdə iştirak etməyəcək.

Cənubi Koreyanın aparıcı müxalifət qüvvəsi olan "Toburo" partiyası hesab edir ki, hakim düşərgənin prezidenti könüllü olaraq hökumət işlərindən kənarlaşdırmaq planı konstitusiyaya ziddir.

"Toburo" partiyasının nümayəndəsi Kim Min Sik deyib ki, prezidentin səlahiyyətlərinin dayandırılması prosedurunu yalnız konstitusiya müəyyən edir: "Bundan başqa hər şey konstitusiyanın pozulması, üsyanın davamıdır. Baş nazirin və iqtidar partiyasının liderinin konstitusiyaya zidd idarəsi qəbul edilməyəcək. Bundan əlavə, prezidenti üsyan yolu ilə dövlətə xəyanətdə şübhəli bilinərək həbs etmək və onu ali baş komandan statusundan məhrum etmək lazımdır".

Digər xəbərlər

Budanov Rusiyanı Brejnevin xarab olmuş avtomobili ilə müqayisə edib

Budanov Rusiyanı Brejnevin xarab olmuş avtomobili ilə müqayisə edib Hər imperiya eyni şəkildə bitir...

Kreml Litvanı döyüş başlıqları ilə hədəfə almaqla hədələyir

Peskov Vilnüsün qərarına əsəbi reaksiya verdi...

BMT Baş katibi vəzifəsi uğrunda mübarizə həlledici mərhələ...

Eqo bağlı qapılar arxasında seçilə bilər...

Hindistan və Çin barışmaq fikrinə gəliblər..?

Əsas ziddiyyətlər aradan qalxmayıb...

Çin öz sirrinin qurbanına çevrilib...

Pekin Nepalda baş verən faciənin qarşısını ala bilərdi...

Əl-Qaidənin hekayəsi necə bitdi..?

11 sentyabr terror hücumlarının arxasında duran terrorçular özlərini məğlub etdilər...

Ukrayna “inqilabı”nın pərdəarxası...

Jurnalistlər “Qien”lərin Dobassedəki döyüşlərə necə hazırlaşdığını göstərdilər...