Ölkələrində gedən vətəndaş müharibəsi zamanı Türkiyəyə sığınan suriyalılar 61 illik Baas hakimiyyətinin devrilməsindən sonra Suriyaya qayıtmaq üçün Türkiyənin Hatay vilayətində yerləşən Cilvegözü sərhəd keçid məntəqəsinə axışıblar. SİA-nın məlumatına görə, suriyalılar səhər saatlarından Reyhanlı rayonundakı sərhəd keçid məntəqəsində növbəyə düzülərək gömrük prosedurlarını gözləyiblər.
Suriyalılardan Adem Muhammed Zin məmləkəti Dəməşqə getmək üçün yola düşdüklərini bildirib.
Uzun illərdən sonra ölkələrinin azad olunmasını alqışladıqlarını bildirən Zin "Yolumuz açıldı, Əsəd getdi, müharibə bitdi. 10 il İstanbulda oldum. Allah türklərdən razı olsun, bizə çox kömək etdilər" deyib
Əli Hasiko isə 12 ildir ki, doğma şəhəri Həmaya qayıtmağı gözlədiklərini bildirib.
Türkiyəyə təşəkkürünü bildirən Hasiko "Qapılarını üzümüzə açdığı üçün Türkiyəyə təşəkkür edirəm" deyib.
İbrahim Əl Muta da 6 nəfərlik ailəsi ilə Həmaya getməyi gözlədiklərini bildirib.
Təxminən 11 ildir Türkiyədə olduqlarını bildirən Əl Muta "Allaha şükür müharibə bitdi. Türkiyə çox gözəldir, amma bizim vətənimiz Suriyadır" deyib.
ABŞ, Avstraliya və digər ölkələr Pekindən asılılıqlarını azaltmağa çalışırlar...
Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri daha aktiv rol oynamağı planlaşdırır...
Qaz, Sobyanin, yanlara qaz...
İnsanlar şikayət edir, söyür və zarafat edirlər, amma işləməyə, oxumağa və bir-birlərinə kömək etməyə davam edirlər...
Vaşinqton Ukraynadakı vəziyyəti səhv qiymətləndirməyə davam edir...
Bişkek Rusiyada səfərbərlik şayiələrinə reaksiya verir...
Kreml ruslara xüsusi hərbi əməliyyatın tez bir zamanda sona çatması üçün ümid verdi
Rusiya müəssisələri xarici idarəetməyə veriləcək...
Kremlin taktikaları əks nəticə verir...
Rusiyayönümlü baxışların populyarlığı bir neçə amillə əlaqələndirilir...
Bu, Putinin təcavüzünə yaxşı cavab olardı...