Böyük Britaniya rəsmi olaraq indiyədək regionun 11 ölkəsinin daxil olduğu Trans-Sakit okean Tərəfdaşlığı (TST) iqtisadi birliyinin üzvü olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, müvafiq protokol dekabrın 15-də qüvvəyə minib.
Bu, TST üzv ölkələrində krallığın qarşılıqlı ticarət rüsumlarının azaldılması və ya ləğv edilməsi, malların, kapitalın və texnologiyaların hərəkət prosedurlarının asanlaşdırılması əsasında yaradılmış iqtisadi birliyə qoşulması ilə bağlı bütün zəruri prosedurların başa çatmasından sonra baş verib.
Yaponiya hökuməti (TST-də ən böyük iqtisadiyyat) birlik daxilində bu barədə şübhələr olsa da, Böyük Britaniyanın bu quruma qoşulmasını fəal şəkildə dəstəkləyib. Lakin London Malayziyadan palma yağı alışına rüsumların tam ləğvinə razılaşdıqdan və birliyin digər üzvlərinə bəzi ticarət güzəştlərinə getdikdən sonra bu şübhələr tamamilə aradan qalxıb.
Birləşmiş Krallıq TST formalaşdıqdan sonra ona qoşulan ilk ölkə və Asiya-Sakit okean regionundan kənar ilk üzvü olub.
Ukrayna tərəfdarı sağçılar ABŞ prezidentinin siyasəti üçün əsaslandırmaları tükənməkdədir...
Ukraynada Starlink və Starshield əməliyyatlarına qoyulan məhdudiyyətlərlə bağlı...
Putinə etibar etmək olmaz...
Avropa və Ukraynanı əhatə etmədən müharibəni müzakirə etmək mümkün deyil...
Onlar nə eşidilir, nə də görünür...
Bu gün qlobal vəziyyət 1914 və 1939-cu illər ilə müqayisə olunur, lakin aralarında mühüm bir fərq var...
... iki qadın və körpə ölüb, 15 nəfər yaralanıb
Bu, 2022-ci ildən bəri ən böyük hücum idi...