Son iki gün ərzində Qəzza zolağındakı məcburi köçkün düşərgələrində səkkiz fələstinli soyuqdan ölüb. SİA TASS-a istinadən xəbər verir ki, bu barədə Qətərin "Al Jazeera" telekanalı məlumat yayıb.
Qəzzanın səhiyyə nümayəndəsinin məlumatına görə, anklavda yeddinci körpə soyuqdan ölüb və bununla da bu səbəbdən ölənlərin ümumi sayı səkkizə çatıb. Fələstinli rəsmi qeyd edib ki, məcburi köçkünlər bir neçə gündür bölgədəki müvəqqəti sığınacaqları su altında qoyan güclü yağışlardan əziyyət çəkirlər.
Öz növbəsində, Fələstinin WAFA informasiya agentliyi Qəzzanın Mülki Müdafiə İdarəsinə istinadən bildirir ki, güclü yağışlar on minlərlə məcburi köçkün ailənin vəziyyətini daha da ağırlaşdırıb. Daşqın nəticəsində 1500-dən çox çadır su altında qalıb.
Ukraynada Starlink və Starshield əməliyyatlarına qoyulan məhdudiyyətlərlə bağlı...
Putinə etibar etmək olmaz...
Avropa və Ukraynanı əhatə etmədən müharibəni müzakirə etmək mümkün deyil...
Onlar nə eşidilir, nə də görünür...
Bu gün qlobal vəziyyət 1914 və 1939-cu illər ilə müqayisə olunur, lakin aralarında mühüm bir fərq var...
... iki qadın və körpə ölüb, 15 nəfər yaralanıb
Bu, 2022-ci ildən bəri ən böyük hücum idi...