PDF Oxu

Dünya

  • 4 351

Monteneqroda üç günlük milli matəm

Monteneqroda üç günlük milli matəm

Monteneqro hökuməti ölkənin cənubundakı Çetinye şəhərində 12 nəfərin ölümü və 4 nəfərin yaralanması ilə nəticələnən kütləvi qətlə görə üç günlük matəm elan edib. SİA xəbər verir ki, ölkədə yeni ilin əvvəlinə planlaşdırılan bütün tədbirlər ləğv edilib.

Qərbi Balkan regionu ölkələrindən Serbiya, Bosniya və Herseqovina və Xorvatiya liderləri Monteneqro Prezidenti Yakov Milatoviçə başsağlığı mesajı ünvanlayıblar.

Monteneqro Baş naziri Miloyko Spayiç hökumətin ölkədə odlu silah saxlamağın tam qadağan olunmasını nəzərdən keçirəcəyini açıqlayıb.

Xatırladaq ki, bu, son iki il yarım ərzində Çetinyedə törədilən ikinci kütləvi qətl hadisəsidir. 2022-ci il avqustun 13-də baş verən insident nəticəsində 10 nəfər həlak olmuş, 6 nəfər yaralanmış və silahlı şəxs polislə atışma zamanı öldürülmüşdü.

Digər xəbərlər

ABŞ Senatorları Maskdan izahat tələb edirlər
ABŞ Senatorları Maskdan izahat tələb edirlər

Ukraynada Starlink və Starshield əməliyyatlarına qoyulan məhdudiyyətlərlə bağlı...

Dünyanı üç yerə bölmək olmaz.!?
Dünyanı üç yerə bölmək olmaz.!?

Avropa və Ukraynanı əhatə etmədən müharibəni müzakirə etmək mümkün deyil...

Tramp nə ilə məşğuldur?
Tramp nə ilə məşğuldur?

Bu gün qlobal vəziyyət 1914 və 1939-cu illər ilə müqayisə olunur, lakin aralarında mühüm bir fərq var...

Rusiya Xarkov vilayətində parka zərbə endirib
Rusiya Xarkov vilayətində parka zərbə endirib

... iki qadın və körpə ölüb, 15 nəfər yaralanıb