"Starship" kosmik gəmisinin prototipi ilə daşıyıcı raketin yeddinci sınaq buraxılışı təxirə salınıb. Sınaq uçuşu yanvarın 15-də baş tutacaq. SİA xəbər verir ki, bu barədə "SpaceX" tərtibatçı şirkəti məlumat yayıb.
"Biz çərşənbə günü, yanvarın 15-i, "Starship"in yeddinci sınaq uçuşunu planlaşdırırıq", – şirkət "X" səhifəsində bildirib.
Qeyd edək ki, daha əvvəl yeddinci sınaq buraxılışı yanvarın 13-nə planlaşdırılırdı.
"SpaceX" yeddinci sınaq buraxılışı zamanı əhəmiyyətli dizayn təkmilləşdirmələri ilə prototipin yeni nəslini aşağı Yer orbitinə göndərməyə ümid edir. Sınaq uçuş proqramı əhəmiyyətli dərəcədə genişləndiriləcək.
Şirkətin planlarına görə, "Starship" kosmik sistemi universal olacaq və Yerə yaxın orbitə insanlı uçuşlar, peyklərin buraxılması, həmçinin Aya və Marsa, eləcə də daha uzaqlara missiyaların yerinə yetirilməsi üçün müxtəlif versiyalarda istifadə oluna biləcək.
Hazırkı layihəyə əsasən, kosmik sistemin ümumi hündürlüyü 121 m (gəmi - 50 m, gücləndirici - 71 m), diametri - 9 m, qaldırma qabiliyyəti - 100-150 tondur.
Ukraynada Starlink və Starshield əməliyyatlarına qoyulan məhdudiyyətlərlə bağlı...
Putinə etibar etmək olmaz...
Avropa və Ukraynanı əhatə etmədən müharibəni müzakirə etmək mümkün deyil...
Onlar nə eşidilir, nə də görünür...
Bu gün qlobal vəziyyət 1914 və 1939-cu illər ilə müqayisə olunur, lakin aralarında mühüm bir fərq var...
... iki qadın və körpə ölüb, 15 nəfər yaralanıb
Bu, 2022-ci ildən bəri ən böyük hücum idi...