PDF Oxu

Dünya

  • 2 874

Quterreş bəyanat verib

Quterreş BMT Təhlükəsizlik Şurasının (BMT TŞ) İsrail-Fələstin problemi ilə bağlı yüksək səviyyəli sessiyasında çıxış edib.

image

BMT-nin Baş katibi Antonio Quterreş üzv ölkələri Qəzzada atəşkəsin daimi olmasını, günahkarların məsuliyyətə cəlb olunmasını, bərpa və yenidənqurma üçün şəraitin yaradılmasını təmin etməyə çağırıb. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Quterreş BMT Təhlükəsizlik Şurasının (BMT TŞ) İsrail-Fələstin problemi ilə bağlı yüksək səviyyəli sessiyasında çıxış edib.

Orta Şərqin ətraflı transformasiya prosesindən keçdiyini bildirən Quterreş deyib:

"Region qeyri-müəyyənliklərlə doludur, eyni zamanda imkanlara malikdir. Orta Şərq yenidən formalaşdırılır, lakin bu prosesin nəticəsinin nə olacağı hələ bəlli deyil. Orta Şərqin bu təlatümlü dövrdən sülh, ləyaqət və ümidlə dolu bir üfüqlə çıxmasını təmin etmək ümumi məsuliyyətdir. Qəzzada atəşkəs və girovların azadlığa buraxılmasına dair razılaşma çoxdan gözlənilən "rahatlıq" təmin etmişdir. Qəzzaya 630-dan çox humanitar yardım maşını daxil oldu. Tərəflərin razılaşmaya tam əməl etmələri vacibdir. Biz əmin olmalıyıq ki, bu razılaşma bütün girovların azad edilməsinə və Qəzzada daimi atəşkəsə gətirib çıxarsın.
Qəzzada atəşkəsin sahədəki 4 fərqli mövzuya təsir edəcəyini gözləyirik. Bunları belə sadalamaq olar: BMT agentlikləri, xüsusilə də humanitar müdaxilələrin əsasını təşkil edən BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Orta Şərq Agentliyi maneəsiz fəaliyyətlərini davam etdirməli, yardımlar təhlükəsiz mühitdə artırılaraq ehtiyacı olanlara çatdırılmalıdır. İctimai asayiş bərpa edilməli və xüsusilə tibbi evakuasiyaya ehtiyacı olan xəstələr üçün həyati vacib yardıma çıxış əldə edilməli, mülki əhalinin qorunması üçün beynəlxalq dəstəyin təmin edilməsi və onların təhlükəsiz qayıtması üçün lazımi tədbirlər görülməlidir".

BMT Baş katibi Quterreş "BMT Təhlükəsizlik Şurasını və bütün üzv dövlətləri Qəzzada atəşkəs, münaqişəyə daimi son qoyulması, günahkarların cavabdehliyi, bərpa və yenidənqurma işlərini dəstəkləməyə çağırıram" deyib.

Digər xəbərlər

Lukaşenko Rusiyaya müharibə aparmağa necə kömək edir?

Moskva Belarus komponentlərinə güvənərək silah istehsalını fəal şəkildə artırır...

“Avropa ilə Çin arasında ticarət müharibəsi qaçılmazdır”

Avropa öz sənayesinin gələcəyi uğrunda mübarizəyə hazırlaşır...

“Müharibə bu gün bitə bilər...”

Avropa İkinci Dünya Müharibəsinin nə vaxt bitəcəyini açıqladı. Finlandiyalı siyasətçi Mema Ukraynadakı münaqişənin bitmə tarixini açıqladı.

Qərb Kremlin zəif nöqtəsini müəyyən edib

Birgə hərəkət Rusiyanı müharibə üçün lazım olan resurslardan məhrum edə bilər...

Rusiya yarım milyon insanı səfərbər etməyə hazırlaşır

Yeni əsgərlər ön cəbhədəki "boşluqları doldurmaq" üçün nəzərdə tutulub...

“Tezliklə alovlanacaq...”

Rusiya iqtisadiyyatı sürətlə pisləşir...