Atəşkəs razılaşması qüvvəyə minməmişdən əvvəl İsrailin Qəzza zolağına hücumları nəticəsində dağıdılan binaların dağıntıları altından 162 fələstinlinin cəsədi çıxarılıb. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Qəzzada Mülki Müdafiə Müdirliyindən verilən açıqlamada Qəzzada İsrailin hücumları nəticəsində xarabalığa çevrilən binaların altından daha 9 nəfərin cəsədinin tapıldığı bildirilib.
Açıqlamada cəsədlərdən ikisinin Qəzzanın şimalında, yeddisinin isə cənub bölgələrindən çıxarıldığı, atəşkəsin qüvvəyə mindiyi yanvarın 19-dan bu yana binaların dağıntıları altından çıxarılanların sayının 162-yə çatdığı qeyd edilib.
Açıqlamada Qəzzanın hər yerində bombardman edilərək xarabalığa çevrilən ev və binaların altında minlərlə cəsədin olduğunun təxmin edildiyi, ağır inşaat maşınlarının olmaması səbəbindən mülki müdafiə qruplarının dağıntıları təmizləmə imkanının çox məhdud olduğu ifadə edilib.
Kreml ruslara xüsusi hərbi əməliyyatın tez bir zamanda sona çatması üçün ümid verdi
Rusiya müəssisələri xarici idarəetməyə veriləcək...
Kremlin taktikaları əks nəticə verir...
Rusiyayönümlü baxışların populyarlığı bir neçə amillə əlaqələndirilir...
Bu, Putinin təcavüzünə yaxşı cavab olardı...
“Çamadanını götür və qatar stansiyasına”. Rusların getməsi üçün marşrut da planlaşdırılıb...
Putinin səfərbərliyi təxirə salmasının səbəbi də məhz budur...