PDF Oxu

Dünya

  • 3 373

“HƏMAS” 15 minə qədər adamını öz sıralarına cəlb edib

“HƏMAS” 15 minə qədər adamını öz sıralarına cəlb edib

Fələstinin "HƏMAS" hərəkatı İsraillə müharibə başlayandan bəri 10-15 min insanı öz sıralarına cəlb edib. SİA xəbər verir ki, bu barədə "Reuters" ABŞ Konqresindəki hərbi kəşfiyyat məlumatları ilə tanış olan mənbələrə istinadən məqalə dərc edib.

Agentlik yazıb ki, bu, təşkilatın hələ də İsrail üçün təhlükə yarada biləcəyini göstərə bilər.

Bundan əvvəl ABŞ bəyan edib ki, münaqişənin aktiv mərhələsi başlayandan təxminən eyni sayda "HƏMAS" döyüşçüsü öldürülüb.

"İsrail hər dəfə hərbi əməliyyatlarını dayandırıb geri çəkiləndə, HƏMAS yaraqlıları yenidən toplaşır və peyda olurlar", - deyə keçmiş dövlət katibi Entoni Blinken bildirib.

Eyni zamanda, nəşr qeyd edib ki, "HƏMAS"ın öz sıralarına cəlb etdiyi şəxslərin çoxu gənc və təcrübəsiz, döyüşə hazır olmayan və əsasən sadə təhlükəsizlik işləri ilə məşğul olan insanlardır.

Digər xəbərlər

ABŞ Senatorları Maskdan izahat tələb edirlər
ABŞ Senatorları Maskdan izahat tələb edirlər

Ukraynada Starlink və Starshield əməliyyatlarına qoyulan məhdudiyyətlərlə bağlı...

Dünyanı üç yerə bölmək olmaz.!?
Dünyanı üç yerə bölmək olmaz.!?

Avropa və Ukraynanı əhatə etmədən müharibəni müzakirə etmək mümkün deyil...

Tramp nə ilə məşğuldur?
Tramp nə ilə məşğuldur?

Bu gün qlobal vəziyyət 1914 və 1939-cu illər ilə müqayisə olunur, lakin aralarında mühüm bir fərq var...

Rusiya Xarkov vilayətində parka zərbə endirib
Rusiya Xarkov vilayətində parka zərbə endirib

... iki qadın və körpə ölüb, 15 nəfər yaralanıb