İran Suriyanın ərazi bütövlüyü, sabitliyi, təhlükəsizliyinin təmini, bütün etnik qrupların və başqa sosial təbəqələrin dinc yanaşı yaşaması prinsipindən çıxış edir. SİA "Mehr" agentliyinə istinadən xəbər verir ki, bunu İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Suriyada baş verən son hadisələrlə bağlı ölkəsinin mövqeyini açıqlayarkən deyib.
O bildirib ki, Suriyadakı son vəziyyət üçüncü qüvvələrin regionda sabitliyi pozmaq üçün istifadə etməsinə əlverişli mühit yaradır.
Qeyd edək ki, ölkənin Latakiya və Tartus bölgələrində mövcud hakimiyyətə qarşı silahlı qiyam baş verib. Bəşşar Əsədin keçmiş rejiminin briqada generalı Qiat Süleyeman Dalla qiyama başçılıq edib. O, hakimiyyəti danışıqlara çağırıb.
Ukraynada Starlink və Starshield əməliyyatlarına qoyulan məhdudiyyətlərlə bağlı...
Putinə etibar etmək olmaz...
Avropa və Ukraynanı əhatə etmədən müharibəni müzakirə etmək mümkün deyil...
Onlar nə eşidilir, nə də görünür...
Bu gün qlobal vəziyyət 1914 və 1939-cu illər ilə müqayisə olunur, lakin aralarında mühüm bir fərq var...
... iki qadın və körpə ölüb, 15 nəfər yaralanıb
Bu, 2022-ci ildən bəri ən böyük hücum idi...