Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) işinin miqyasını və əməkdaşlarının sayını, o cümlədən yüksək rəhbərlik səviyyəsində azaltmağı düşünür. SİA xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Qeyd olunub ki, belə tədbirlər ən böyük sponsor olan ABŞ-nin təşkilatdan çıxması fonunda maliyyələşdirmə problemləri səbəbindən nəzərdən keçirilir.
ÜST-ün rəhbəri Tedros Adhanom Qebreyesusun bəyanatında bildirilib ki, Vaşinqtonun qərarı digər ölkələrin müdafiə xərclərini artırmaq üçün yardımı azaltması ilə birlikdə vəziyyəti əhəmiyyətli dərəcədə kəskinləşdirib.
Xatırladaq ki, yanvarın 21-də ABŞ Prezidenti Donald Tramp ABŞ-nin ÜST-dən çıxması haqqında fərman imzalayıb. Amerika liderinin administrasiyası onun qərarını "COVID-19 pandemiyasına yanlış münasibət", həmçinin səhiyyə sahəsində digər qlobal böhranlarla izah edib.
Ukraynada Starlink və Starshield əməliyyatlarına qoyulan məhdudiyyətlərlə bağlı...
Putinə etibar etmək olmaz...
Avropa və Ukraynanı əhatə etmədən müharibəni müzakirə etmək mümkün deyil...
Onlar nə eşidilir, nə də görünür...
Bu gün qlobal vəziyyət 1914 və 1939-cu illər ilə müqayisə olunur, lakin aralarında mühüm bir fərq var...
... iki qadın və körpə ölüb, 15 nəfər yaralanıb
Bu, 2022-ci ildən bəri ən böyük hücum idi...