PDF Oxu

Dünya

  • 2 974

Gürcüstanda müsəlmanlar Ramazan bayramını qeyd edirlər

image

Gürcüstanın müsəlmanlar yaşayan bütün bölgələrində Ramazan bayramı qeyd olunur. SİA-nın məlumatına görə, ölkədə müsəlman icmaları əsasən Acariya, Kaxeti, Kvemo Kartli, Samtsxe-Cavaxeti və Tbilisidə cəmləşib. Acarıstan – Batumi və digər şəhərlərdə müsəlmanlar məscidlərdə bayram namazı qılır, ailələrə baş çəkir və ehtiyacı olanlara yardım edirlər. Geniş müsəlman icmasının olduğu Kvemo Kartli – Marneuli, Bolnisi və Dmanisi rayonlarında da bayram namazı qılınır, insanlar bir-birlərini təbrik edirlər. Tbilisi – Paytaxtda yaşayan müsəlmanlar əsasən mərkəzi məsciddə toplaşır və bayram namazı qılırlar.

Səhər saat 07:40-da Batuminin mərkəzi məscidində də bayram namazı qılınıb. Məscidin bayram günlərində ibadət etmək istəyənləri tam qəbul edə bilməməsi səbəbindən bəzi dindarlar namazı ibadət ocağının yaxınlığındakı küçədə qılıblar. Digər bir qrup müsəlman isə Batumda yeni məscid tikintisi tələb etdikləri ərazidə toplaşıb.

Gürcüstanın müftisi Adam Şantadze bayram xütbəsində birliyin, qarşılıqlı anlaşmanın və bağışlamağın vacibliyini vurğulayıb:

"Bu gün hava kimi bizə birlik, qarşılıqlı anlayış və bağışlamaq lazımdır. Bizim əsas vəzifəmiz dini və milli dəyərlərimizi eyni anda qorumaqdır".

Batumun mərkəzi məscidində müsəlmanları bayram münasibətilə Acariya hökumətinin sədri və muxtar respublikanın digər rəsmi şəxsləri də təbrik ediblər.

Bayram münasibətilə martın 30-da Batumidə şəhər avtobusları sərnişinlərə pulsuz xidmət göstərəcək.

Qeyd edək ki, Gürcüstan hökuməti bayram münasibətilə müsəlman icmasına təbriklər ünvanlayıb, Baş nazir İrakli Kobaxidze ölkədə yaşayan müsəlmanlar üçün iftar mərasimi təşkil edib.

Digər xəbərlər

“Dağıdılma və əzabın qiyməti...”

Ruslar Ukraynanın ödəməli olduğu təzminatın məbləğini açıqlayıblar...

Yeni Amerika müsəlmanı: O kimdir?

Bəli, onlar müsəlmandırlar, lakin onlar həm də Amerika məktəblərinin, universitetlərinin və sosial mühitlərinin məhsuludurlar...

Bu an gəlib çatdı...

Ukrayna və Avropa bir yerdə olmalıdır...

Foreign Affairs: Dronlar demokratiyanın arsenalını dəyişdirir...

ABŞ və müttəfiqləri növbəti nəsil müharibələrinə yanaşmalarını yenidən nəzərdən keçirirlər...

Rusiya Müdafiə Nazirliyi yalan danışır..?

Rus generalları Ukrayna kəndlərini ələ keçirmək üçün sui-qəsd hazırlayırlar...

Lukaşenko səfərbərlik barədə danışıb

Bəyanat rəsmilərlə görüşdə verilib...

Kremldə isteriya baş qaldırıb...

Putin vəziyyəti daha da ağırlaşdırır...

Svitan Rusiyanın NATO-ya hücumu üçün mümkün ssenarini təsvir etdi

Hərbi ekspert eskalasiyanın üç-dörd mərhələsini müəyyən etdi...