PDF Oxu

Dünya

  • 3 489

Martın 30-da Ümumdünya Bipolyar Pozuntu Günü qeyd olunur

image

Hər il martın 30-da qlobal səhiyyə icması tərəfindən qeyd olunan Ümumdünya Bipolyar Günü 2025-ci ildə bütün dünya ictimaiyyətinin məlumatlandırılması məqsədilə sosial medianın imkanlarından daha geniş istifadəyə həsr olunub. SİA xəbər verir ki, Ümumdünya Bipolyar Pozuntu Günü bütün dünyada bipolyar vəziyyətlər haqqında məlumatlılığı artırmaq və insanları maarifləndirmək, habelə bu vəziyyəti anlamaqda kömək etməklə yanaşı, sosial stiqmanı aradan qaldırmaq istiqamətində fəaliyyəti nəzərdə tutur.

Bipolyar pozğunluq depressiya və ya mani epizodları olan pozğunluqdan əziyyət çəkən bir insanın əhvali-ruhiyyəsinə təsir edir, bir ifrat vəziyyətdən digərinə doğru dəyişə bilir. Manik-depressiv xəstəlik kimi də tanınan bipolyar pozğunluğu olan insanlar öz həyatlarını əhəmiyyətli dərəcədə pozmağa meyllidirlər. Bununla belə, xəstəliyin müalicəsinə kömək edən bir neçə dərman var.

Ümumdünya Bipolyar Pozuntu Günü məşhur holland rəssamı Vinsent Van Qoqun doğum günü ilə bağlı əsis edilib. Bu dahi şəxsiyyət bipolyar pozuntudan əziyyət çəkib və xəstəliyin əlamətləri onun yaradıcılığında özünü büruzə verib.

Beynəlxalq Bipolyar Pozuntu Fondunun məlumatında qeyd edilib ki, müxtəlif dinlərə mənsub insanların bahar bayramlarını qeyd etdikləri şəraitdə diqqəti bu problemə çəkmək çox vacibdir. Əsas məqsəd isə bipolyar xəstəlikdən əziyyət çəkən insanların düzgün müalicəsi və onların rahat həyat tərzinin təmin edilməsidir.

Bipolyar pozuntu eyni insanda müəyyən bir vaxtlarda depressiya vəziyyəti - əhvali-ruhiyyənin aşağı olması, davamlı yorğunluq və həvəssizlik hissi, başqa vaxtlarda isə yüksək enerji və ifrat dərəcədə həvəs, güclü əmək qabiliyyəti ilə müşayiət olunan psixi pozuntudur. Bu kəskin fərqlər bir-birini əvəz edərək xəstəyə ciddi şəkildə əzab verir. Belə ki, eyni insan bir müddət özünü dünyanın en güclüsü və xoşbəxti, bəzən isə çox bədbəxt hiss edir.

Mütəxəssislər bipolyar xəstələr arasında intihar hallarının da çox olduğunu iddia edirlər. Pozuntunun vaxtında aşkarlanması və effektiv müalicə insanı normal həyata qaytarır.

Digər xəbərlər

Deyirsiniz yəni indi nəsə gözlənilir..?

Belarus şirkəti uşaqlar üçün güllə keçirməyən jiletlər istehsal etməyə başlayıb...

Rusiya hava limanlarını yanacaq böhranı bürüdü...

Uçuşlar kütləvi şəkildə təxirə salınır və sərnişinlər panikaya düşürlər...

“Tramp Rusiyanın danışıqlar aparmaq istəyinin olmadığı ilə razılaşıb”

Həm ABŞ, həm də AB ölkələrinin Rusiya ilə dialoq aparmaq səyləri nəticəsiz qaldı...

“Moskva süqut edəcək...Və Krımdakı çimərlikdə deyil...”

“Madyar” Rusiya paytaxtına genişmiqyaslı hücumdan sonra əhəmiyyətli bir foto nümayiş etdirdi...

Putin Lukaşenkoya Zelenskiyə üzr istəməsi üçün "cavab" göndərdimi?

Belaruslu uşaqları daşıyan avtobusa dron hücumunun arxasında nə dayanır?

Təhlükəsizlik işçisi Putinə xəyanət edib..?

...özü də onun “xalq qarşısına çıxması” zamanı..?

Moskvaya dron hücumundan sonra rus təbliğatçılarının uladığı deyilir..?

Solovyevin heyəti moskvalıların həbs olunmasına və işgəncə verilməsinə çağırdı...

Tramp Ukrayna ilə bağlı mövqeyini dəyişə bilər..?

Zelenskinin iki “kozırı”... Sky News detalları açıqladı...

Bu barədə Almaniyanın müdafiə naziri məlumat verib...

Almaniya pilotsuz təyyarələrə qarşı hava hücumundan müdafiə sistemlərinin inkişafına 16 milyard avro xərcləyəcək...

Neft emalı zavodlarına edilən hücumlar “kömək etdi”...

Rusiyanın ən böyük neft şirkətlərinin səhmləri son üç ilin ən aşağı səviyyəsinə düşdü...

Xüsusi xidmət orqanları üçün hücum tüfəngi olan dron hazırlanıb

Hücum tüfənginin versiyası xüsusi olaraq Ukrayna xüsusi xidmət orqanları üçün hazırlanıb, lakin...

Kreml Sibiri Hindistana satır...

Metal yataqları ilə bağlı müqavilə hazırlanır...