Husilər son 24 saat ərzində ABŞ-nin "USS Harri Truman" aviadaşıyıcısına üç dəfə hücum edib. SİA xəbər verir ki, bu barədə husilərin nümayəndəsi Yəhya Səriya "Al Masirah" telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, əməliyyata raketlər, pilotsuz təyyarələr və dəniz qüvvələri cəlb edilib.
Xatırladaq ki, martın 15-də ABŞ Prezidenti Donald Tramp Yəmən ərazisinin təxminən üçdə birinə nəzarət edən üsyançılara qarşı hərbi əməliyyata başladığını bildirib. O, qərarını husilərin Qırmızı dəniz və Ədən körfəzində ticarət gəmilərinə hücumları ilə izah edib. Əməliyyatda Qırmızı dənizdə yerləşən "USS Harry Truman" aviadaşıyıcısı iştirak edir.
Putinə etibar etmək olmaz...
Avropa və Ukraynanı əhatə etmədən müharibəni müzakirə etmək mümkün deyil...
Onlar nə eşidilir, nə də görünür...
Bu gün qlobal vəziyyət 1914 və 1939-cu illər ilə müqayisə olunur, lakin aralarında mühüm bir fərq var...
... iki qadın və körpə ölüb, 15 nəfər yaralanıb
Bu, 2022-ci ildən bəri ən böyük hücum idi...
Bu, şou deyil...