PDF Oxu

Dünya

  • 458

Kadırova nə olub, çətinliklə yeriyir

image

Çeçenistan rəhbəri Ramzan Kadırovun Qroznı hava limanında orta çəkidə UFC çempionu Xamzat Çimaevlə görüşünün videosunun sosial şəbəkələrdə yayılmasından sonra onun səhhəti ilə bağlı suallar yenidən gündəmə gəlib. Video cümə axşamı, avqustun 21-də yayımlanıb.

Görüntülərdə nəzərəçarpacaq dərəcədə arıqlayan Kadırovun ayaq üstə güclə dayandığı və hətta yavaş tempdə yeriməkdə çətinlik çəkdiyi görünür. Lakin o, Çimayevdən çempionluq kəmərini alıb və onunla qırmızı xalçanın kənarına qədər getdi və orada döyüşçüyə Maybax hədiyyə etdi.

"Həmzat Çimayevin qələbəsinə 100 faiz əmin idim. Hətta buna şübhə etmirdim", - Kadırov jurnalistlərə deyib.

Məlumdur ki, avqustun 17-də ABŞ-ın Çikaqo şəhərində keçirilən UFC 319 turnirində Həmzət Çimayev hakimlərin yekdil qərarı ilə cənubi afrikalı Drikus Du Plessisə qalib gəlib. Onun hazırda 15 qələbəsi var, heç bir məğlubiyyəti yoxdur.

Xatırladaq ki, mayın əvvəlində Kadırov Rusiya diktatoru Vladimir Putindən onu Çeçenistan rəhbəri vəzifəsindən azad etməyi xahiş edəcəyini bildirmişdi. Lakin Kremldə Putinlə görüşdən sonra Kadırov müsbət cavab almadığını yazıb.

Bundan əvvəl KİV-də Kadırovun “mədəaltı vəzinin nekrozu”ndan əziyyət çəkdiyi barədə məlumatlar yayılmışdı. Bundan sonra Çeçenistan hökmdarı ölümü “hər kəsin yolu” adlandırıb.

VƏLİ

Digər xəbərlər