PDF Oxu

Dünya

  • 3 365

Novorossiyskdə Rusiya neftinin ixracı tamamilə dayandırılıb

Dəniz pilotsuz təyyarələri Xəzər Boru Kəməri Konsorsiumunun terminalını sıradan çıxarıb...

image

Dəniz dronları Xəzər Boru Kəməri Konsorsiumunun Novorossiyskdəki Dəniz Terminalında lövbər qurğusuna hücum edərək tamamilə sıradan çıxarıb və bununla da neftin yüklənməsini dayandırıb. SİA xəbər verir ki, bu barədə RBC-Ukrayna TASS-a istinadən məlumat verib.

Xəbər verildiyi kimi, 29 noyabr səhəri Xəzər Boru Kəməri Konsorsiumunun Dəniz Terminalının sularında pilotsuz qayıqların hücumu nəticəsində tək nöqtəli lövbər qurğusu (SPM) təmir olunmayacaq dərəcədə zədələnib.

Şirkət qeyd edib ki, "Novorossiysk dəniz limanı kapitanının verdiyi əmrə əsasən, yük və digər əməliyyatlar dayandırılıb və tankerlər CPC sularından kənara yönləndirilib. CPC işçiləri və ya podratçıları arasında xəsarət alan olmayıb".

Partlayış zamanı təcili mühafizə sistemlərinin müvafiq boru kəmərlərini bağladığı bildirilib.

Qara dənizə neftin sızması ilə bağlı ilkin dəlillər yoxdur.

CPC əlavə edib ki, VPU-2-nin sonrakı istismarı mümkün deyil və PUA təhlükəsi aradan qaldırıldıqdan sonra terminalda yükləmə müəyyən edilmiş qaydalara uyğun olaraq həyata keçiriləcək.

Xatırladaq ki, Ukrayna Müdafiə Qüvvələri və Təhlükəsizlik Xidməti (SBU) əvvəllər Rusiyanın Novorossiysk şəhərinə hücum etmişdi.

Hədəflər neft terminalı və böyük desant gəmisi idi...

Əli Babayev

Digər xəbərlər

Tramp İran hakimiyyətinin onu iki dəfə öldürməyə cəhd etdiyini bildirib...

ABŞ prezidenti İran hakimiyyətindən “daha əvvəl” “kifayət qədər” xəbər tutduğunu söyləyib...

Tramp İran hakimiyyətinin onu iki dəfə öldürməyə cəhd etdiyini bildirib...

ABŞ prezidenti İran hakimiyyətindən “daha əvvəl” “kifayət qədər” xəbər tutduğunu söyləyib...

Putin İranla bağlı beynəlxalq müzakirələr aparacaq..?

Putin Əli Xameneinin öldürülməsini insan əxlaqı normalarını və beynəlxalq hüququ pozan kinayəli qətl adlandırıb...

ABŞ kəşfiyyat analitiki: “Amerika niyə İranı məğlub edə bilməyəcək?”

Rey MakQovern, bu müharibənin “Trampın qazana bilməyəcəyi bir macəra” və nəticəsinin yüksək ölüm sayı ilə “kədərli bir hekayə” olacağını deyib

Duqin: “Xameneidən sonra Putin olacaq?”

Kremlin baş ideoloqu rezonans doğuran bir açıqlama verib…

İran raketi İsraildə sinaqoqa dəyib...

Səkkiz nəfər ölüb, onlarla insan yaralanıb...