PDF Oxu

Dünya

  • 4 740

20 bəndlik sülh planında nə var? - GÜNÜN SUALI

image

ABŞ və Ukrayna sülh planının müddəalarını müzakirə edirlər. Ukrayna öz cavabını ABŞ-a təqdim edib, lakin Kiyevin sənədə hansı təkliflər və ya dəyişikliklər etdiyi hələ məlum deyil. Qısaldılmış 20 bəndlik sülh planı tərəflərin fəal müzakirə etdiyi üç sənəd paketinin bir hissəsidir. Planın əsas müddəalarına cəbhə xətti boyunca demilitarizasiya zonasının yaradılması, Ukraynada seçkilərin keçirilməsi, NATO-nun 5-ci maddəsinə bənzər ABŞ-ın təhlükəsizlik zəmanətlərinin verilməsi və s.

Ukrayna bu sülh planı ilə bağlı ABŞ-a öz cavabını dekabrın 10-da təqdim edib, lakin Kiyevin sənədə konkret hansı təkliflər və ya dəyişikliklər etdiyi hələ məlum deyil. Bu arada 20 bəndlik təkliflə tanış olan avropalı diplomatlar bəzi detalları CNN ilə bölüşüblər. Xüsusilə, 20 bəndlik planda:
- NATO-nun alyans üzvlərinin qarşılıqlı müdafiəsi haqqında 5-ci Maddəsi formatında Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsi;
- Ukraynanın 2027-ci ilə qədər Avropa İttifaqına üzvlüyü;
- Ukraynada seçkilərin keçirilməsi – bu məsələ həm prezident Donald Tramp, həm də Kreml tərəfindən qaldırılıb;
- ABŞ-ın Rusiya tərəfindən işğal olunmuş əraziləri rəsmi tanıması, bu, Vaşinqtonun Ukraynanın ərazi bütövlüyü ilə bağlı formalaşmış siyasətində dəyişiklikdən xəbər verə bilər;
- Ukrayna ordusunun sayının 800.000-lə məhdudlaşdırılması (əvvəlki 28 bəndlik planda 600.000 təklif olunurdu).

Eyni zamanda, layihədə Ukraynanın nə vaxtsa NATO-ya üzvlüyünü qadağan edən dil yoxdur, nə də ölkənin alyansa potensial üzvlüyünə dair heç bir söz yoxdur. Avropalı diplomatlar vurğulayırlar ki, ixtisar olunmuş planda 28 bəndlik variantdan bəzi məqamlar var (xüsusən də işğal olunmuş ərazilərin tanınması) bu, həm Kiyevdə, həm də onun avropalı tərəfdaşlarında narahatlıq yaradır. Bundan başqa, sənəd ABŞ və Rusiya arasında Rusiyanın xaricdəki dondurulmuş aktivləri ilə bağlı razılaşmalardan bəhs edir. Bununla belə, KİV-in məlumatına görə, ABŞ rəsmiləri və onların müttəfiqləri danışıqları stabil hesab etmirlər. Bir sıra məsələlər, o cümlədən ərazilərlə bağlı məsələlər prosesə xeyli maneçilik törədir. Vladimir Putinin başçılıq etdiyi Kremldən sülh yolu ilə həllə hazırlıq əlamətlərinin olmaması gərginliyi artırır.

Qeyd edək ki, dekabrın 10-da “The Washington Post” ABŞ-ın təklif etdiyi sülh planı çərçivəsində Ukraynanın işğal olunmuş ərazilərində vəziyyətin həlli üçün mümkün “Koreya ssenarisi” barədə məlumat yayıb.

Digər xəbərlər

Lukaşenko bir daha dollara qarşı çıxış etdi

Belarus lideri artıq bu müharibədə uduzub…

Qallyamov: Kreml müharibə məsələsində iki yerə bölünüb...

“Qarşıdan gələnlər” Putinin kursunu dəyişməsinə mane olurlar...

“İran və Rusiya hərbi inkişaf üçün süni intellektdən istifadə ediblər”

Hücumçular getdikcə model müdafiəsini keçməyə çalışırlar...

Ukraynanın bu ilki əsas qələbəsi Kremlin yalanlarını üzə çıxardı

Əməliyyatın uğuru əsasən informasiya sükutu ilə bağlı idi...

“Moskva Belarusu Avropaya təzyiq göstərmək üçün bir vasitəyə çevirir”

“Oreşnik” raket sisteminin yerləşdirilməsi daha geniş bir qorxutma kampaniyasına uyğundur...

“Ozero” kooperativi hakimiyyətini itirir...

Putin öz təhlükəsizlik qüvvələrinin oyuncağına çevrilir...

Si Cinpin Putinin Kim Çen Inla yaxınlaşmasından narahatdır

Forbes Çin liderinin narahatlıqları barədə məlumat yayıb...

The Guardian: Rusiya seçkilərinin arxasında Kremlin qorxusu dayanır

Açıq-aşkar saxtakarlıqlar Rusiya hakimiyyətinin əleyhinə işləyə bilər...