PDF Oxu

Dünya

  • 1 921

Uzun evliliklərə dövlət dəstəyi: 50 ildən çox...

image

Dünyada bir sıra ölkələrdə uzun illər evli qalan cütlüklərə dövlət səviyyəsində mükafat və ya rəsmi tanınma verilir. Polşada dövlət tərəfindən rəsmi “Uzun Evlilik Həyatı Medalı” verilir. Bu medal ən azı 50 il evli qalan cütlüklərə Prezident tərəfindən təqdim olunur. Bu, dövlət tərəfindən verilən rəsmi mükafatdır və evliliyin uzunömürlülüyünü simvolizə edir. Hal-hazırda Polşada bu medal üçün rəsmi dövlət pul mükafatı yoxdur, lakin hökumət uzun evlilikləri dəstəkləmək üçün pul mükafatları vermək barədə qanun layihəsi üzərində işləyir və bu layihədə cütlüklərə 50 ildən sonra bir dəfəlik pul yardımı (5000–8000 PLN-təxminən 2000-3500 AZN) kimi təklif olunur.

Rusiya Federasiyasının bəzi regionlarında uzun illər evli qalanlara maddi mükafatlar və ya digər dəstək növləri verilir. Məsələn, bir sıra regionlarda 50, 60, 70 və s. illərini qeyd edən cütlüklərə pul mükafatları verilir. Həmçinin Rusiyada federal səviyyədə belə təşəbbüslər müzakirə olunur.

Moskvada yaşayan və uzun müddətdir evli olan cütlüklər evlilik ildönümləri üçün birdəfəlik maliyyə yardımı alırlar. Şəhər bələdiyyəsi tərəfindən verilən ödəniş, evlilik müddətlərinə görə dəyişir. Proqrama evlilik müddəti 50, 55, 60, 65 və ya 70 il olan ailələr uyğundurlar.

Evlilik illərinə əsaslanan ödəniş məbləğləri ilə görə dəyişir. Moskva bələdiyyəsi tərəfindən müəyyən edilən ödəniş məbləğləri belədir: Əgər tərəflər 50 ildir evlidirsə bələdiyyə onlara 29.651 (təxminən 650 manat) rubl pul ödəyir. 55-60 il üçün 37.062 rubl, yəni təxminən 850 AZN, 65-70 il evli qalanlara 44.473 rubl, təxminən 980 AZN pul ödənilir. Yardım almaq üçün cütlük Moskvada yaşamalıdır. Moskva bələdiyyəsinin bu sosial proqramı uzunmüddətli evlilikləri təşviq etmək və yaşlı cütlükləri dəstəkləmək üçün başladılıb.

Çexiyada belə bir dövlət mükafatı ideyası senatorlar tərəfindən təklif edilib, amma hələ rəsmi tətbiq olunmayıb.

Macarıstanda da uzun evlilik yubileylərində rəsmi təbrik və bəzən yerli icraedici orqan tərəfindən səviyyədə maliyyə dəstəyi göstərilir. Bu ölkədə ailə siyasəti güclü olduğu üçün bələdiyyələr təşəbbüs göstərə bilir. İtaliyada dövlət səviyyəsində ümumi pul proqramı yoxdur, amma bəzi şəhərlərdə bələdiyyə səviyyəsində 50 ildən çox evli qalan cütlüklərə simvolik hədiyyə və yapul mükafatı verilir.

Yaponiyada 50 illik evlilik münasibətilə bələdiyyələr tərəfindən rəsmi mərasim təşkil olunur və hədiyyələr təqdim olunur. Adətən bu, sosial layihə kimi icra edilir. Qazaxıstanda bəzi hallarda 50 il evli qalanlara yerli səviyyədə maddi mükafat və fəxri ad verilir.

Almaniyada 50, 60, 65 illik evlilik yubileylərində cütlüklərə Federal Prezidentin rəsmi təbrik məktubu göndərilir, bəzi əyalət və şəhərlərdə simvolik hədiyyə və ya kiçik məbləğli maliyyə dəstəyi olur. Avstriyada 50 illik evliliklərə bələdiyyə səviyyəsində təntənəli mərasim təşkil olunur və hədiyyə təqdim edilir. Bəzi regionlarda kiçik maliyyə dəstəyi də mümkündür.

Fransada 50 ildən çox evli qalan cütlüklər üçün şəhər meriyası tərəfindən rəsmi qəbul və hədiyyə təşkil olunur, amma dövlət səviyyəsində ümumi pul proqramı yoxdur. Birləşmiş Krallıqda 60, 65, 70 illik evliliklərdə cütlüklər üçün monarx tərəfindən rəsmi təbrik məktubu göndərilir. Bu ənənə III Çarlz dövründə də davam edir. Lakin pul ödənişi yoxdur. Sinqapurda bəzi sosial proqramlar çərçivəsində uzun evli qalan yaşlı cütlüklərə dəstək və sosial yardım göstərilir.

Lalə Mehralı

Digər xəbərlər

Trampın xüsusi elçiləri Kiyevə səfər etməmək qərarına gəldilər...

Rusiya ilə sülh danışıqlarındakı çıxılmaz vəziyyətə görə...

“Rusiya Çinin vassalına çevrilib...”

Kremlin Çin vasitəsilə texnologiya idxalından asılılığı 90 faizə çatıb...

Rusiya hamilə qadınlar üçün nağd müavinətləri artırır...

İndi də “nişangahda” tələbə qız və aspirantlardır..?

Zelenskiy müasir Çörçilldir...

O, azad dünyanın lideridir...

BBC: Başqırdıstan və Tatarıstan da qaynayır...

Müharibə zamanı bu bölgələrdəki rekord itkilərə görə və təbii ki, Kreml də bunu artıq başa düşür...

Axios: İranın neft gəlirləri kəskin şəkildə azalıb...

ABŞ-ın Oman körfəzindəki blokadası Tehrana görünməmiş təzyiq göstərib...

Foreign Affairs: Çin nə planlaşdırır?

Vaşinqton Tayvanla bağlı səhv ssenariyə hazırlaşır...