Bu gün İranın yeni ali rəhbəri Müctəba Xameneiyə sədaqət andı mərasimi keçiriləcək. SİA xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.
Qeyd olunub ki, tədbir saat 15:00-da (Bakı vaxtı ilə 15:30-da) başlayacaq və Tehranın mərkəzindəki Azadi meydanında baş tutacaq.
Xatırladaq ki, İran Ekspertlər Şurası Müctəba Xameneini ölkənin yeni ali rəhbəri seçib.
"The New York Times" yazıb ki, İranın əvvəlki ali rəhbərinin oğlu Müctəba Xamenei İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə sıx əlaqələri ilə tanınır. Qəzetin mənbələrinin sözlərinə görə, Əli Xameneinin həlak olmasından sonra SEPAH onun oğlunun təyin olunmasında israr edib.
Əli Xamenei 2026-cı il fevralın 28-də ABŞ və İsrailin İrana qarşı birgə əməliyyatının ilk günündə öz iqamətgahında öldürülüb.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...