PDF Oxu

Dünya

  • 2 139

Fars körfəzində neft tankeri hədəfə alınıb - FOTO

Fars körfəzində neft tankeri hədəfə alınıb - FOTO

Bu gün səhər saatlarında Fars körfəzi ölkələrinin neft obyektlərinə və tankerlərinə hücum cəhd olunub. Lakin ərəb ölkələrinin hərbi hava qüvvələri molla rejiminin dronlarını və raketlərini məhv edib. Bunla bağlı CNN Körfəz hökumət qurumlarına istinadən qeyd edib ki, İraq ərazi sularında iki xarici neft tankerinə İran dronları hücum edib. Ən azı bir nəfər həlak olub, 38 nəfər xilas edilib. Molla rejimi terrorçulara xas xüsusiyyət nümayiş etdirərək hücuma görə məsuliyyəti öz üzərinə götürüb və dəniz pilotsuz təyyarəsinin tankerlərini partlatdığını iddia edib.

Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi ölkənin şərq hissəsində, krallığın neft yataqlarının yerləşdiyi ərazidə 20-dən çox dronu ələ keçirdiyini və məhv etdiyini bildirib.

Bəhreyn bildirib ki, İran hücumları krallığın şimalındakı Muharraq əyalətindəki bir obyektdə yanacaq çənlərini hədəf alıb. Daxili İşlər Nazirliyi qonşu dörd şəhər və kəndin sakinlərini tüstü və yanğından qorunmaq üçün evdə qalmağa və pəncərələrini bağlamağa çağırıb.

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hava hücumundan müdafiə qüvvələrinin "İrandan gələn raket və dron təhdidlərinə" cavab verdiyini bildirib. Dubay hökumət xəbər agentliyi bildirib ki, dron Krik Limanı yaxınlığındakı bir binaya düşüb və kiçik bir yanğın söndürülüb.

İlham

Digər xəbərlər

Lukaşenkonun hərbi xərcləri 186 faiz artıb
Lukaşenkonun hərbi xərcləri 186 faiz artıb

Bu, həm mütləq, həm də nisbi baxımdan büdcə xərclərinin ən əhəmiyyətli artımıdır...

ISW Putinin yalanları barədə məlumat yayıb
ISW Putinin yalanları barədə məlumat yayıb

Kreml lideri cəbhədəki rus qoşunlarının uğurlarını 45 dəfə şişirdib...

Müasir Avropanın əsas siniri...
Müasir Avropanın əsas siniri...

Və burada, Putin və Medvedev, Trampla olduğu kimi, uğursuzluğa düçar olurlar...

İsrail internet reklamı vasitəsilə istifadəçiləri izləyirmiş..?
İsrail internet reklamı vasitəsilə istifadəçiləri izləyirmiş..?

İnternet reklamının hazırda işlədiyi metod təhlükəsizlik üçün sistematik təhdiddir...

BMT Baş Katibi seçkilərində lider təşkilatı silkələyəcəyinə söz verir
BMT Baş Katibi seçkilərində lider təşkilatı silkələyəcəyinə söz verir

Prioritetlər: aktiv vasitəçilik rolu və bürokratiyanın azaldılması...