PDF Oxu

Dünya

  • 2 688

300 milyon uşaq risk altındadır

image

Bu gün dünyada 12 milyondan çox uşaq ağır qida çatışmazlığına görə çəki azlığından əziyyət çəkir. Dünyada aclıq problemi hələ də çox ciddi olaraq qalır və xüsusilə uşaqlara ağır təsir edir. UNICEF və "World Food Programme" kimi qurumların hesabatlarına görə dünyada ac uşaqların ümumi sayı təxminən 45 milyondur. 5 yaşdan kiçik uşaqlar ciddi qidalanma çatışmazlığından əziyyət çəkir ki, bu da onların kəskin arıqlamasına səbəb olur. Ümumilikdə isə 300 milyona yaxın uşaq müxtəlif səviyyədə aclıq və ya qida çatışmazlığı riski altındadır.

Hər il milyonlarla uşaq məhz qidalanma problemləri səbəbilə xəstələnir və ya həyatını itirir. Bu problemdən ən çox əziyyət çəkən ölkələr əsasən aşağı gəlirli və münaqişə yaşayan bölgələrdədir. Yəmən uzunmüddətli müharibə səbəbilə çox ağır vəziyyətdədir, Somali quraqlıq və yoxsulluğa, Efiopiya iqlim və münaqişə problemlərinə, Əfqanıstan iqtisadi çətinliklərə görə acdır, Nigeriya şimal bölgələrindəki ciddi aclıqla mübarizə edir, Sudan isə dünyada ən ağır aclıq böhranları yaşayan ölkədir.

Aclıq ən çox aşağı yaş qruplarına təsir edir. 0–5 yaş ən riskli qrupdur, bu yaşda qeydə alının ən çox yayılmış problem böyümə geriliyi və ölüm riskidir. Məktəb yaşlı uşaqlar (6–14 yaş) təhsil və inkişaf problemləri yaşayırlar, yeniyetmələr (15–18 yaş) qida çatışmazlığından fiziki və zehni inkişaf edə bilmir. Aclıq təkcə qida çatışmazlığı deyil, həm də gələcək nəsillərin sağlamlığı və təhsili üçün ciddi təhlükədir. Bu problem qlobal səviyyədə həll tələb edir və beynəlxalq təşkilatlar bununla mübarizə aparmağa çalışır.

Digər xəbərlər

Rusiyanı dəstəkləyən MAGA bloqçusu fikirlərini qəfil dəyişərək...

...Ukraynaya gəlib. O, Simonyana cavab verib və bir çox müttəfiqlərini tənqid edib..

Peskovun kabus dolu yuxusu

Huşunu itirdi və itaətsiz bədəni qəbul otağının bahalı fars xalçalarının üzərinə çökdü...

Kremlin müttəfiqləri bir-bir üz döndərirlər...

Onlar Rusiyanın zəifliyini hiss edirlər...

Payıza qədər çox maraqlı nəticələr başlamalıdır

Müşahidəçilər bəzən bu amili az qiymətləndirirlər...

Yaza qədər proqnoz...

Rusiya iqtisadiyyatının çöküşünə qoyulan mərc özünü doğrultdu...

WSJ: Bu dənizkənarı şəhər Rusiyaya meydan oxudu...

Müharibəyə baxmayaraq, şəhər hələ də bir sıra çimərliklərə və kurort ərazilərinə malikdir.