Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Konqo Demokratik Respublikası və Uqandada Ebola epidemiyasının beynəlxalq narahatlıq doğuran fövqəladə hal olduğunu bildirir. Bu haqda ÜST bazar günü Bundibugyo virusunun epidemiyası ilə əlaqəli baş verən 88 ölüm və 300-dən çox şübhəli haldan sonra bəyanat verib. ÜST-ün baş direktoru Dr. Tedros Adhanom Ghebreyesus təşkilatda rəsmi fövqəladə komitə çağırmazdan əvvəl qərarı açıqlayıb.
Bundibugyo virusu Ebola virusu xəstəliyinə səbəb ola biləcək üç ştammdan biridir və ən az rast gəlinən virusdur. Bu ştamm üçün təsdiqlənmiş peyvəndlər və ya müalicə üsulları, yaxud spesifik testlər yoxdur. Ebola qan və qusma kimi bədən mayeləri vasitəsilə yayılan yüksək yoluxucu bir xəstəlikdir. Xüsusilə də yüksək gəlirli ölkələrin reanimasiya şöbələrində mövcud olan şəraiti təmin edə bilməyən aztəminatlı mühitlərdə ölüm nisbəti yüksəkdir.
Afrika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (Africa CDC) cümə günü epidemiyanın yayıldığını açıqladı, lakin nə vaxt başladığı hələ məlum olmadığını bildirdi. Afrika CDC-nin baş direktoru Dr. Jean Kaseya Sky News-a bildirib: “Hazırda insanlar öldüyü üçün panik rejimindəyəm. Dərmanlarımız yoxdur, peyvəndimiz yoxdur.”
O, epidemiyanın qitədə peyvənd və dərman istehsalı gücünə ehtiyac olduğunu bildirib: “Qərb ölkələri başa düşmürlər ki, Afrika bu virusa yoluxsa, onlar da risk altındadırlar, çünki insanlar hər gün bir ölkədən digərinə uçurlar.”
Kaseya bu həftə Cenevrədə illik görüşlər üçün Ümumdünya Səhiyyə Assambleyasında olmalı idi, lakin fövqaladə vəziyyət üçün sabah Afrikaya qayıdacağını söyləyib. O, rəsmilərin potensial testləri, peyvəndləri və müalicələri erkən mərhələdə olan şirkətlərlə danışıqlar apardıqlarını, epidemiya zamanı təhlükəsiz şəkildə istifadə edilə biləcəyini və ya sınaqdan keçirilə biləcəyini görmək üçün bəzidərman vasitələrinin növbəti həftələrdə mövcud olacağına ümid etdiyini bildirib.
Kaseya əvvəlki mətbuat brifinqində əlcək və əl yuma kimi əsas infeksiya nəzarət tədbirlərinin vacibliyini vurğulasa da, rəsmilər bu tibbi vasitələrin risk olan bölgələrə məhdud təchizatının ola biləcəyini bildiriblər.
Konqo Demokratik Respublikasının (KDR) ölkənin şərqində, Uqanda və Cənubi Sudanla həmsərhəd olan və paytaxtdan təxminən beş günlük məsafədə yerləşən İturi əyalətində 80 şübhəli ölüm, səkkiz laboratoriya təsdiqli hal və 246 şübhəli hal qeydə alınıb.
Uqandanın paytaxtı Kampalada da iki hal, o cümlədən biri ölüm halı qeydə alınıb ki, bunlar da KDR-dən gələn insanlar arasında aşkarlanıb. KDR-in paytaxtı Kinşasada şübhəli hal əvvəllər bildirilmişdi, lakin ÜST daha sonra həmin şəxsin təsdiqləyici testdə Bundibugyo virusuna qarşı mənfi nəticə verdiyini bildirib. ÜST bildirib ki, hazırda yoluxmuş insanların həqiqi sayı və bu hadisə ilə əlaqəli coğrafi yayılma ilə bağlı qeyri-müəyyənliklər var.
Lakin, qeyd olunur ki, əlamətlər hamısı hazırda aşkarlanan və bildiriləndən daha böyük bir epidemiyanın baş verməsinə işarə edir və yerli və regional yayılma riski daşıyır. ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (CDC) bazar günü epidemiyanın birbaşa təsir etdiyi az sayda amerikalıların təhlükəsiz şəkildə geri qayıtmasını dəstəklədiyini bildirib. CDC rəsmiləri jurnalistlərə bildiriblər ki, təcili yardım mərkəzi aktivləşdirib və Konqo Demokratik Respublikası və Uqandadakı ofislərə daha çox insan göndərməyi planlaşdırırlar.
ÜST vurğulayıb ki, Konqo Demokratik Respublikasında çoxsaylı epidemiyanın baş verməsinə səbəb olan Zair Ebola növündən fərqli olaraq, hazırda təsdiqlənmiş Bundibugyo virusuna xas terapevtik müalicə vasitəsi və ya peyvənd yoxdur. Buna görə də bu hadisə fövqəladə hesab olunur. ÜST bildirib ki, İturi bölgəsində münaqişə davam edir və çoxlu insan şəhər və ya şəhərətrafı ərazilərdə hərəkət edir və yaxın məhəllələrdə yaşayır, bu da yayılmanı daha çox ehtimal edə biləcək amillərdir.
Bazar günü laboratoriya, Konqo Demokratik Respublikasının ayrı bir hissəsində yerləşən Qoma şəhərində daha bir Ebola yoluxmasını təsdiqlədi. “Laboratoriya tərəfindən aparılan testlər Qomada müsbət halı təsdiqlədi. Bu, Bunia şəhərində Eboladan ölən və artıq yoluxmuş halda ərinin ölümündən sonra Qomaya səyahət edən qadındır”, - Konqo Milli Biotibbi Tədqiqatlar İnstitutunun (INRB) direktoru professor Jan-Jak Muyembe AFP-yə bildirib.
Associated Press-in jurnalistləri İturinin paytaxtı Bunia şəhərində qeyri-adi dərəcədə çox sayda dəfn hadisəsinin baş verdiyini və qorxduqlarını deyən yerli sakinlərdən müsahibə götürüblər. “Hər gün insanlar ölür və bu, təxminən bir həftədir ki, davam edir. Bir gündə iki, üç və ya daha çox insanı dəfn edirik. Hazırda bunun hansı xəstəlik olduğunu həqiqətən bilmirik”, - Bunia sakini Jan Mark Asimve deyib.
ÜST bildirib ki, epidemiyanın pandemiya fövqəladə vəziyyəti meyarlarına cavab verməməsi, lakin beynəlxalq səviyyədə ictimai səhiyyə fövqəladə vəziyyətinin elan edilməsinin risk altında olan bölgəyə dəstəyi və resursları stimullaşdırmaq üçün nəzərdə tutulduğunu bildirib.
Konqo Demokratik Respublikası rəsmilərinin verdiyi açıqlamada bildirilir ki, onların bildiyi ilk yoluxma halı 24 apreldə bir tibb bacısında qeydə alınıb. Yeni Zelandiyanın keçmiş baş naziri və Pandemiyaya Hazırlıq və Müdaxilə üzrə Müstəqil Panelin həmsədri Helen Klark isə deyib: “Baş direktoru bu təhlükəni elan etməkdə təcili hərəkət etdiyinə görə təqdir edirik. Onun rəsmi fövqəladə hallar komitəsinin çağırması vəziyyətin ciddiliyini və təcili qlobal səfərbərliyə ehtiyacı əks etdirir.”
O, əlavə edib: "Dünya indi bu fövqəladə halın tələb etdiyi sürət və həmrəyliklə - resurslar, təcrübə, sərhədlərarası koordinasiya və ən əsası, bu ştamm üçün ən çox ehtiyac duyulan yerə yerləşdirilən diaqnostik imkanlarla cavab verməlidir.”
Qeyd edək ki, Ebola, Ebola virus xəstəliyinə (EVX) səbəb olan nadir, lakin son dərəcə təhlükəli və əksər hallarda ölümlə nəticələnən kəskin viruslu infeksiyadır. Bu xəstəlik güclü qızdırma və daxili-xarici qanaxmalarla xarakterizə olunur. İlkin əlamətləri qəfil başlayan yüksək hərarət, şiddətli baş və əzələ ağrıları, halsızlıqdır. Növbəti mərhələlərdə ürəkbulanma, qusma, ishal, qarın ağrısı olur. Daha sonra dəri altında, daxili orqanlarda və bədən dəliklərindən (burun, ağız, gözlər) şiddətli qanaxmalar meydana gəlir.
Xəstəlik, xəstə və ya ölən şəxsin qan, tüpürcək, tər, sidik və digər bədən mayeləri ilə birbaşa təmas nəticəsində yayılır. Əsasən Afrika meşələrində yaşayan yoluxmuş heyvanların (meymunlar, yarasalar) əti və ya onlarla təmas vasitəsilə insanlara keçir. Ümumdünya Səhiyyə Təşkilatının rəsmi məlumatlarına əsasən, xəstəliyin müxtəlif ştammlarına yoluxma halları 50%-dən 90%-ə qədər ölüm faizinə malik ola bilər.
Lalə Mehralı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti çərçivəsində hazırlanıb
Reuters təfərrüatları açıqlayıb...
“Namaz məkanı” adlanan bu otaqlar asanlıqla qurulur...
Məhbusların Ukraynaya kütləvi şəkildə döyüşməyə göndərilməsindən sonra həbsxana koloniyaları boşalıb...
Ukrayna Silahlı Qüvvələri qeyri-ənənəvi döyüş taktikaları ilə rusları məğlub etdi...
Disk formalı, məsafədən idarə olunan təyyarənin 1944-cü ildə yaradıldığı ehtimal edilir...
...Medianın verdiyi məlumata görə
Sofiya aydın Avro-Atlantik vektorunu qoruyub saxlayacaq...
Analitiklər Kremlin yalanlarını ifşa ediblər...