PDF Oxu

Dünya

  • 2 420

Avstraliya yanır: "Qara Yay" təkrarlana bilər

Avstraliya yanır: "Qara Yay" təkrarlana bilər

Avstraliyada yanğınsöndürmə xidmətləri cənub yarımkürəsində temperaturun yüksəlməyə başlaması ilə meşə yanğınları riskinin artacağı barədə xəbərdarlıq edir.

Ölkədə artıq güclü El-Ninyo iqlim hadisəsi müşahidə olunur. Bu iqlim hadisəsi adətən daha isti və quraq hava şəraiti ilə müşayiət edilir və nəticədə meşə yanğınlarının baş vermə riski yüksəlir. Qeyd edək ki, El-Ninyo (El Niño) Sakit okeanında okean səthinin temperaturunun adi haldan əhəmiyyətli dərəcədə yüksəlməsi ilə yaranan təbii iqlim hadisəsidir.

Yeni Cənubi Uels Kənd Yanğından Mühafizə Xidmətinin rəhbəri Trent Kurtin bildirib ki, bu il əvvəlki illərlə müqayisədə yanğın təhlükəsinin daha yüksək olacağı gözlənilir.

Onun sözlərinə görə, Şimal yarımkürəsində, xüsusilə Avropada hazırda müşahidə olunan ekstremal hava şəraiti ciddi narahatlıq doğurur. Avropa bu yay son dərəcə yüksək temperaturla üzləşib. Dünyanın ən sürətlə istiləşən qitəsi hesab olunan Avropanın geniş ərazilərində rekord istilər bitki örtüyünü qurudaraq genişmiqyaslı meşə yanğınlarının yayılmasına şərait yaradıb.

Böyük Britaniya müşahidələr tarixində ən isti yayını keçirib, İtaliyada isə son 75 ilin ən yüksək yay temperaturu qeydə alınıb.Kurtin bildirib ki, Avropanın bəzi bölgələrində son onilliklərdə, hətta əvvəllər görünməmiş miqyasda yanğınlar baş verib.

Avstraliya isə meşə yanğınları ilə mübarizədə böyük təcrübəyə malikdir. Ölkədə 2019–2020-ci illərdə baş verən və "Qara yay” adlandırılan meşə yanğınları zamanı Türkiyənin ərazisi böyüklüyündə sahə yanmış, 33 nəfər həyatını itirmişdi.

Yanğın riskini azaltmaq məqsədilə Avstraliya hakimiyyəti mütəmadi olaraq nəzarətli meşə yandırmaları həyata keçirir. Bu üsul zamanı meşənin müəyyən hissələri əvvəlcədən, nəzarət altında yandırılır ki, mümkün yanğın zamanı alovun sürətlə yayılması məhdudlaşdırılsın.

Yeni Cənubi Uels Meşə Korporasiyasının sektor komandiri Aleks Kapararo bildirib ki, hazırda vəziyyətə hazırdırlar, lakin təşvişə düşməyiblər. Onun sözlərinə görə, mövsümi proqnozlar bu il yanğın mövsümünün əvvəlki illərlə müqayisədə daha aktiv keçəcəyini göstərir. Əsas risk faktorları isə isti və quraq hava şəraiti olacaq.

Yeni Cənubi Uelsin şimalında yüksək yanğın təhlükəsi mövsümü adətən oktyabrın ortalarında, ştatın cənubunda isə dekabr ayında başlayır.

Lalə Mehralı

Digər xəbərlər

Amerikalı gözətçi Pentaqonun rəhbərini biabır edib
Amerikalı gözətçi Pentaqonun rəhbərini biabır edib

Hadisə hərbçilər və siyasətçilər arasında hiddət dalğasına səbəb olub...

Respublikaçılar Trampı devirəcəklərmi?
Respublikaçılar Trampı devirəcəklərmi?

Aralıq seçkilərdəki məğlubiyyət partiyanı ABŞ prezidenti ilə münasibətlərini yenidən nəzərdən keçirməyə məcbur edə bilər…

Si Cinpinin baş ideoloqu həyəcan təbili çalıb
Si Cinpinin baş ideoloqu həyəcan təbili çalıb

Pekində rejim üçün bir sıra təhdidlər var...

Demokratlar ABŞ-ın xarici siyasətini necə dəyişdirə bilər?..
Demokratlar ABŞ-ın xarici siyasətini necə dəyişdirə bilər?..

Kolorado konqresmeni demokratların dörd əsas prioritetini qeyd edib...

Qərb tarixi şans əldə etdi
Qərb tarixi şans əldə etdi

Rusiya iqtisadiyyatı dağılır...

Kreml öz tələsinə düşüb...
Kreml öz tələsinə düşüb...

Ritual rəqslər çıxılmaz vəziyyətdə...

ABŞ Madaqaskarı Rusiya ilə yaxınlaşmağa qarşı xəbərdar edib
ABŞ Madaqaskarı Rusiya ilə yaxınlaşmağa qarşı xəbərdar edib

Bu bəyanatla ABŞ-ın Afrika Komandanlığının rəis müavini çıxış edib...

Pentaqon rəhbəri Ukrayna ilə bağlı yeni impiçmentlə üzləşə bilər
Pentaqon rəhbəri Ukrayna ilə bağlı yeni impiçmentlə üzləşə bilər

Heqset-in vəzifədən kənarlaşdırılması üçün Senatın üçdə ikisinin dəstəyi tələb olunacaq...

Tramp prezidentlik müddəti bitməmiş “demokrat” ola bilər
Tramp prezidentlik müddəti bitməmiş “demokrat” ola bilər

ABŞ prezidentinin başqa variantı qalmaya bilər...

Putin layiq olduğunu alacağını bilir...
Putin layiq olduğunu alacağını bilir...

Kreml niyə öz təhlükəsizliyinin təminatından danışır?