Dünyada meşələrin bərpası üçün imkanlar getdikcə daralır. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) yeni hesabatında hökumətlərə meşələrin bərpasını milli prioritetə çevirmək çağırışı edilib.
Hesabata görə, 1990-cı ildən bəri dünyada 489 milyon hektardan çox meşə sahəsi məhv edilib, bundan daha böyük ərazi isə deqradasiyaya uğrayıb. Son 20 il ərzində müxtəlif ölkələr və beynəlxalq təşəbbüslər 1 milyard hektardan çox ərazinin bərpasını vəd etsə də, bunun yalnız təxminən beşdə bir hissəsində real bərpa işləri aparılıb.
Hazırda meşələr Yer kürəsinin quru ərazisinin təxminən üçdə birini – 4,14 milyard hektarı əhatə edir. Onlar təxminən 714 milyard ton karbon saxlayır və quruda yaşayan canlı növlərinin 80 faizədək hissəsi üçün yaşayış mühiti yaradır. Eyni zamanda, dünya əhalisinin təxminən üçdə biri dolanışığını meşələrdən əldə edir.
Bununla yanaşı, meşələrə təzyiq artır. Hər il təxminən 127 milyon hektar meşə yanğınlardan zərər görür. Həşəratlar, xəstəliklər və ekstremal hava hadisələri də meşələrin vəziyyətini ağırlaşdırır. Kənd təsərrüfatının genişlənməsi, iqlim dəyişikliyi, çirklənmə və təbii ehtiyatların hasilatı da əsas təhdidlər sırasındadır.
FAO-nun hesablamalarına görə, 1 milyard hektar meşənin bərpası hər il təxminən 1,8 trilyon dollar iqtisadi fayda yarada bilər. Təşkilat bildirir ki, meşələrin və digər deqradasiyaya uğramış ekosistemlərin bərpası ərzaq təhlükəsizliyinə, kənd təsərrüfatına və iqtisadi dayanıqlılığa da müsbət təsir göstərə bilər.
FAO-nun baş direktoru Qu Dongyu bildirib ki, meşələrin bərpası yalnız ekoloji məsələ deyil, həm də dayanıqlı kənd təsərrüfatı və kənd yerlərinin inkişafına strateji investisiyadır. Onun sözlərinə görə, tədbirlərin gecikdirilməsi gələcək xərcləri artırmaqla yanaşı, ekosistemlərin uzunmüddətli dayanıqlılığı üçün riskləri də yüksəldir.
Lalə Mehralı
Hadisə hərbçilər və siyasətçilər arasında hiddət dalğasına səbəb olub...
Aralıq seçkilərdəki məğlubiyyət partiyanı ABŞ prezidenti ilə münasibətlərini yenidən nəzərdən keçirməyə məcbur edə bilər…
Pekində rejim üçün bir sıra təhdidlər var...
Kolorado konqresmeni demokratların dörd əsas prioritetini qeyd edib...
Rusiya iqtisadiyyatı dağılır...
Ritual rəqslər çıxılmaz vəziyyətdə...
Bu bəyanatla ABŞ-ın Afrika Komandanlığının rəis müavini çıxış edib...
Heqset-in vəzifədən kənarlaşdırılması üçün Senatın üçdə ikisinin dəstəyi tələb olunacaq...
ABŞ prezidentinin başqa variantı qalmaya bilər...
Kreml niyə öz təhlükəsizliyinin təminatından danışır?