PDF Oxu

Dünya

  • 1 811

150 alim, deputat, ictimai fəalın birgə MÜRACİƏTİ

150 alim, deputat, ictimai fəalın birgə MÜRACİƏTİ

Hava çirkliliyinin sağlamlığa qeyri-bərabər təsiri ilə bağlı araşdırma aparılması tələb olunur

150 alim, deputat və ictimai fəal hökuməti hava çirkliliyinin müxtəlif sosial qruplara qeyri-bərabər təsirlərini araşdırmaq üçün rəsmi təhqiqat aparmağa çağırıb. İngilstərənin Maliyyə Araşdırmaları İnstitutunun apardığı tədqiqat göstərir ki, İngiltərədə aztəminatlı ərazilərdə hava çirklənməsinin səviyyəsi varlı ərazilərlə müqayisədə davamlı olaraq daha yüksəkdir.

Eyni araşdırmada müəyyən edilib ki, etnik azlıq qrupları ağdərili əhali ilə müqayisədə təxminən 6% daha yüksək hava çirkliliyi təsirinə məruz qalır. İqlim fəalı Qreta Tunberqin də imza atdığı məktubda Böyük Britaniyanın baş naziri Endi Börnhamdan bu qrupların hava çirkliliyindən necə təsirləndiyini araşdırmaq üçün milli səviyyədə təhqiqat aparılması tələb olunur.

Hava çirkliliyinə məruz qalmaq ürək xəstəlikləri, insult, xərçəng, astma və uşaqlarda ağciyərlərin inkişafına mənfi təsirlərlə əlaqələndirilir. Məktubda qeyd olunur ki, bu problemlərə baxmayaraq, Böyük Britaniyada sağlamlıq sahəsindəki bərabərsizlikləri aradan qaldırmaq üçün xüsusi mexanizm mövcud deyil.

Hava çirkliliyi odunla işləyən sobalardan tutmuş sənayedə qalıq yanacaqların yandırılmasına qədər müxtəlif mənbələrdən yarana bilər. Lakin təmiz hava üçün əsas təhlükələrdən biri nəqliyyat vasitələrinin buraxdığı zərərli qazlardır. Benzin və dizellə işləyən avtomobillər müxtəlif zəhərli çirkləndiricilər yayır.

Londonda tətbiq edilən ultra aşağı emissiya zonası kimi tədbirlər havanın keyfiyyətinin yaxşılaşdırılmasına əhəmiyyətli təsir göstərib. Bu siyasətin nəticəsində uşaqların ağciyərlərinin daha yaxşı inkişaf etdiyi və daha güclü olduğu müəyyən edilib.

London kimi şəhərlərdə hava çirkliliyinin azaldılması istiqamətində nəzərəçarpacaq irəliləyiş əldə olunsa da, hökumətin yeni məlumatları göstərir ki, 2025-ci ildə Londonun, Qlazqonun və Bristolun bəzi ərazilərində hava çirkliliyi qanunla müəyyən edilmiş hədləri aşmaqda davam edib.

Hava çirkliliyinin ölümə səbəb kimi göstərildiyi ilk rəsmi ölüm şəhadətnaməsi ilə bağlı hadisədə həyatını itirən doqquz yaşlı qızın anası Rozamund Adu-Kissi-Debrah bildirib ki, əsas siyasi partiyaların uzun illər ərzində hərəkətsiz qalması Britaniya əhalisinin qanunla icazə verilən hədləri aşan zərərli emissiyalara məruz qalmasına səbəb olub.

Bu xəbərdarlıq ağciyər sağlamlığının qorunması ilə məşğul olan “Mums for Lungs” kampaniya qrupunun əldə etdiyi yeni məlumatların açıqlanması ilə eyni vaxta təsadüf edib. Məlumatlar göstərir ki, 2025-ci ildə London, Böyük Mançester və Birmingem də daxil olmaqla, İngiltərənin 11 şəhər və ərazisində 200 mindən çox uşaq tənəffüs çətinliyi səbəbindən xəstəxanaya aparılıb.

Araşdırmaya əsasən, ən çox təsirlənənlər azyaşlı uşaqlar olub. 120 mindən çox körpə və erkən yaşlı uşaq təcili yardım şöbələrinə və ya xəstəxanalara yerləşdirilib. Uşaqlar hava çirkliliyinə xüsusilə həssasdırlar. Çünki onların ağciyərləri hələ inkişaf mərhələsindədir və bədən ölçüləri ilə müqayisədə böyüklərdən daha çox hava udurlar.

Mançester şəhərində körpələrin və erkən yaşlı uşaqların tənəffüs problemləri ilə əlaqədar xəstəxanaya yerləşdirilməsi kəskin artıb. Belə halların sayı 2023-cü ildə 653 olduğu halda, 2025-ci ildə 1 072-yə yüksəlib. “Mums for Lungs” təşkilatı bildirib ki, Böyük Mançesterin o vaxtkı meri Endi Börnhamın 2023-cü ildə təmiz hava zonası yaratmaq planlarından imtina etməsi çirklənmənin azaldılması istiqamətində kifayət qədər tədbir görülüb-görülmədiyi ilə bağlı ciddi suallar yaradıb.

Kampaniya qrupunun təsisçisi Jemima Hartşorn vəziyyəti “hava çirkliliyi fövqəladə vəziyyəti” adlandırıb. O bildirib:“Rəqəmlərin hər birinin arxasında nəfəs almaqda çətinlik çəkən bir uşaq və kömək axtaran bir ailə dayanır. Çirkli havanı qaçılmaz və ya qəbul edilə bilən bir hal kimi qiymətləndirməyə davam edə bilmərik”.

Böyük Britaniyanın Ətraf Mühit, Qida və Kənd Təsərrüfatı İşləri Nazirliyinin nümayəndəsi isə bildirib ki, uzunmüddətli perspektivdə havanın keyfiyyəti yaxşılaşmağa davam edir. Bununla belə, əksər hava keyfiyyəti standartlarına əməl olunsa da, icmaları qorumaq üçün əlavə tədbirlərə ehtiyac var.

Nazirliyin nümayəndəsi əlavə edib: “Yeni və iddialı hədəflərimiz 2030-cu ilədək zərərli hissəciklərin təsirini təxminən üçdəbir azaltmağa imkan verəcək. Yerli hakimiyyət orqanları ilə əməkdaşlıq, təmiz hava planları və ciddi monitorinq vasitəsilə irəliləyişi davam etdirəcəyik”.

Lalə Mehralı

Digər xəbərlər

Amerikalı gözətçi Pentaqonun rəhbərini biabır edib
Amerikalı gözətçi Pentaqonun rəhbərini biabır edib

Hadisə hərbçilər və siyasətçilər arasında hiddət dalğasına səbəb olub...

Respublikaçılar Trampı devirəcəklərmi?
Respublikaçılar Trampı devirəcəklərmi?

Aralıq seçkilərdəki məğlubiyyət partiyanı ABŞ prezidenti ilə münasibətlərini yenidən nəzərdən keçirməyə məcbur edə bilər…

Si Cinpinin baş ideoloqu həyəcan təbili çalıb
Si Cinpinin baş ideoloqu həyəcan təbili çalıb

Pekində rejim üçün bir sıra təhdidlər var...

Demokratlar ABŞ-ın xarici siyasətini necə dəyişdirə bilər?..
Demokratlar ABŞ-ın xarici siyasətini necə dəyişdirə bilər?..

Kolorado konqresmeni demokratların dörd əsas prioritetini qeyd edib...

Qərb tarixi şans əldə etdi
Qərb tarixi şans əldə etdi

Rusiya iqtisadiyyatı dağılır...

Kreml öz tələsinə düşüb...
Kreml öz tələsinə düşüb...

Ritual rəqslər çıxılmaz vəziyyətdə...

ABŞ Madaqaskarı Rusiya ilə yaxınlaşmağa qarşı xəbərdar edib
ABŞ Madaqaskarı Rusiya ilə yaxınlaşmağa qarşı xəbərdar edib

Bu bəyanatla ABŞ-ın Afrika Komandanlığının rəis müavini çıxış edib...

Pentaqon rəhbəri Ukrayna ilə bağlı yeni impiçmentlə üzləşə bilər
Pentaqon rəhbəri Ukrayna ilə bağlı yeni impiçmentlə üzləşə bilər

Heqset-in vəzifədən kənarlaşdırılması üçün Senatın üçdə ikisinin dəstəyi tələb olunacaq...

Tramp prezidentlik müddəti bitməmiş “demokrat” ola bilər
Tramp prezidentlik müddəti bitməmiş “demokrat” ola bilər

ABŞ prezidentinin başqa variantı qalmaya bilər...

Putin layiq olduğunu alacağını bilir...
Putin layiq olduğunu alacağını bilir...

Kreml niyə öz təhlükəsizliyinin təminatından danışır?