İqlim dəyişikliyi bir çox heyvan növünün həyat tərzini dəyişir. Subantarktik bölgədə yaşayan kral pinqvinləri isə dəyişən şəraitə uyğunlaşaraq daha erkən çoxalmağa başlayıb və bu dəyişiklik hələlik onların balalarının sağ qalma göstəricilərinə müsbət təsir göstərib.
Avstraliyanın ABC News nəşrinin məlumatına görə, Hind okeanının cənubunda yerləşən Kroze adalarında yaşayan kral pinqvinləri son 24 ildə çoxalma dövrünü təxminən 19 gün əvvələ çəkiblər. Tədqiqatçılar bu dəyişikliklə balaların sağ qalma göstəricilərinin də artdığını müəyyən ediblər.
Araşdırmada 17 mindən çox kral pinqvini 24 il ərzində izlənilib. Alimlər quşların hərəkətlərini izləmək üçün mağazalardakı təhlükəsizlik etiketlərinə bənzər radioçip texnologiyasından istifadə ediblər. Məlumatlara əsasən, 2000-ci ildə pinqvinlərin çoxalma dövrü orta hesabla noyabrın 27-də başlayırdı. 2023-cü ilə gəldikdə isə bu tarix noyabrın 8-nə qədər irəliləyib.
Tədqiqatçılar çoxalma vaxtının hər gün daha erkən başlamasının uğur göstəricisində təxminən 1 faiz artımla əlaqəli olduğunu müəyyən ediblər. Balaların sağ qalma göstəricisi 2000-ci ildəki 44 faizdən 2023-cü ildə 62 faizə yüksəlib.
Alimlər pinqvinlərin çoxalma vaxtını niyə dəyişdirdiyini tam müəyyən etməyiblər. Bunun qida ehtiyatlarının dəyişməsi, ətraf mühit şəraiti və yaz fəslinin daha erkən başlaması ilə bağlı ola biləcəyi ehtimal edilir. Tədqiqatçılar kral pinqvinlərinin hazırda dəyişikliklərə çevik reaksiya verdiyini bildirsələr də, bu üstünlüyün gələcəkdə davam edəcəyinə əmin deyillər. İqlim dəyişikliyi sürətləndikcə qida zəncirindəki dəyişikliklər pinqvinlərin çoxalma uğuruna da təsir göstərə bilər.
Mütəxəssislər vurğulayırlar ki, bəzi növlər iqlim dəyişikliyinə müvəqqəti uyğunlaşa bilsə də, bu, bütün pinqvin növlərinin eyni dərəcədə dayanıqlı olduğu anlamına gəlmir.
Lalə Mehralı
Hadisə hərbçilər və siyasətçilər arasında hiddət dalğasına səbəb olub...
Aralıq seçkilərdəki məğlubiyyət partiyanı ABŞ prezidenti ilə münasibətlərini yenidən nəzərdən keçirməyə məcbur edə bilər…
Pekində rejim üçün bir sıra təhdidlər var...
Kolorado konqresmeni demokratların dörd əsas prioritetini qeyd edib...
Rusiya iqtisadiyyatı dağılır...
Ritual rəqslər çıxılmaz vəziyyətdə...
Bu bəyanatla ABŞ-ın Afrika Komandanlığının rəis müavini çıxış edib...
Heqset-in vəzifədən kənarlaşdırılması üçün Senatın üçdə ikisinin dəstəyi tələb olunacaq...
ABŞ prezidentinin başqa variantı qalmaya bilər...
Kreml niyə öz təhlükəsizliyinin təminatından danışır?