PDF Oxu

Dünya

  • 11

Britaniya ordusu İraqdan Küveytə gedib

Britaniya ordusu İraqdan Küveytə gedib
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, Britaniya ordusunun İraqda neft mədəni platformaları və yerli əsgərlərin məşq meydançalarını qoruyan 150 nəfərədək hərbi qulluqçusu  Küveytə dislokasiya olunmuşdur. Bu, onunla əlaqədardır ki, hələlik, İraq parlamenti Böyük Britaniya əsgərlərinin ölkə ərazisində qalmalarını təsdiq edən sənədi imzalamamışdır. Əvvəlki analoji razılaşmanın müddəti iyulun 31-də başa çatır.
Britaniya səfirliyinin nümayəndəsinin dediyinə görə, hərbi qulluqçular Küve ytə müvəqqəti olaraq köçürülmüşdür. Onun fikrincə, bu məsələ bürokratik rəsmiçiliklə əlaqədardır və əsgərlər tezliklə  İraqa qaytarılacaqdır. Qeyd edirik ki, iyulun 27-də İraq parlamenti bir aylıq tətilə çıxmışdır.
Britaniya ordusu İraqı bu ilin aprelindən tərk etməyə başlamışdır. Ölkədə 4 mindən çox Britaniya əsgəri xidmət edirdi. 2003-cü ilin martında Səddam Hüseyn rejimini devirmək üçün ABŞ və koalisiya qüvvələri İraqa soxulmuşdu. O vaxtdan 2008-ci ilin dekabrınadək İraqda 178 nəfər Britaniya hərbi qulluqçusu həlak olmuşdur. ABŞ ordusu İraq ərazisindən 2010-cu ilin avqustundan tez olmayaraq çıxarılacaqdır.

Digər xəbərlər