PDF Oxu

Dünya

  • 5

Gürcüstanda keçmiş diplomatlar Saakaşvili əleyhinə birləşiblər

Gürcüstanda keçmiş diplomatlar Saakaşvili əleyhinə birləşiblər
"CNN" informasiya agentliyinin yaydığı məlumata görə, Gürcüstanda daha bir müxalifət partiyası yaranmışdır: "Bizim Gürcüstan-Azad Demokratlar". Bu partiyanın lideri Gürcüstanın BMT-dəki keçmiş səfiri İrakli Alasaniya olmuşdur.Siyasi birlik iyulun 16-da baş tutmuşdur. "Trend" inofrmasiya agentliyinin məlumatına görə, partiyanın başlıca hissəsini İ.Alasaniyanın keçmiş diplomat dostları təşkil edir. Bu təşkilatın icraçı katibinin ATƏT-də Gürcüstanın keçmiş səfiri Viktor Dolidzenin olacağı ehtimal edilir.
İ.Alasaniyanın dediyinə görə, o, ölkənin digər müxalifət partiyaları ilə əməkdaşlıq edəcəkdir. O, başlıca diqqətini Gürcüstanın seçki sistemində islahatların aparılmasına yönəldəcəyini bildirir. İ.Alasaniya təmsilçisi olduğu partiyanın seçkilər yolu ilə hakimiyyət dəyişikliyinə nail olacağını qeyd edir.
İ.Alasaniya 2006-2008-ci illərdə BMT-də Gürcüstanın nümayəndəsi postunu tutmuşdur. 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsi başa çatdıqdan bir neçə ay sonra tutduğu postdan istefa verib, müxalifət cinahına keçmişdir. Bir vaxt "Alasaniya Gürcüstan üçün" siyasi birliyinə Gürcüstan Respublika Partiyası və "Yeni sağlar" müxalifət partiyaları daxil olmuşdur.

Digər xəbərlər