Əfqanıstanın şərqindəki Nuristan əyalətində baş verən şiddətli daşqında 40-dan 150 nəfərə qədər insan ölüb. SİA xəbər verir ki, bu barədə yerli televiziya kanalları səlahiyyətlilərə istinadən məlumat yayıb.
Səlahiyyətlilərə istinadən, “Ariana News”-un verdiyi məlumata görə, daşqın gecə Qamdış bölgəsindəki Meherdiş kəndində meydana gəlib. Ən azı 40 nəfər daşqının qurbanı olub və cəsədləri də artıq tapılıb. Güclü su axınları təxminən 100 evi və mal-qaranı tələf edib.
Öz növbəsində, 1TV Xəbər kanalı əyalət məclisinin başçısı Saydullah Nuristaniyə istinad edir ki, gecə daşqını nəticəsində təxminən 150 nəfər ölüb.
Kreml ruslara xüsusi hərbi əməliyyatın tez bir zamanda sona çatması üçün ümid verdi
Rusiya müəssisələri xarici idarəetməyə veriləcək...
Kremlin taktikaları əks nəticə verir...
Rusiyayönümlü baxışların populyarlığı bir neçə amillə əlaqələndirilir...
Bu, Putinin təcavüzünə yaxşı cavab olardı...
“Çamadanını götür və qatar stansiyasına”. Rusların getməsi üçün marşrut da planlaşdırılıb...
Putinin səfərbərliyi təxirə salmasının səbəbi də məhz budur...