Somalinin cənubunda əldəqayırma partlayıcı qurğunun partlaması nəticəsində 7 sülhməramlı həlak olub. SİA xəbər verir ki, bu barədə “Somali Guardian” qəzeti yazır.
Qəzetin yazdığına görə, hadisə şənbə günü Mərkəzi Şabelle bölgəsindəki Mahaday qəsəbəsi yaxınlığında baş verib. Partlayışın hədəfi Afrika İttifaqə avto karvanı olub.
Partlayışın məsuliyyətini "Əl-Qaidə terror qruplaşması ilə əlaqəli olan "Əl-Şəbab" radikal qruplaşmasının yaraqlıları öz üzərinə götürüb. Onlar Burundidən yeddi hərbçini öldürdüklərini və bir zirehli maşını məhv etdiklərini bildiriblər.
Xatırladaq ki, radikal qrup Somalinin mərkəzi hökumətinə qarşı silahlı mübarizə aparır və BMT-nin humanitar fəaliyyətinə mane olur. Qrup ABŞ tərəfindən 2008 -ci ildə terror təşkilatları siyahısına daxil edilib və onların əleyhinə ölkədə sanksiyalar tətbiq olunur.
Hərbi analitik cəbhədə dönüş nöqtəsi olacağını proqnozlaşdırdı...
Simonyana heç olmasa bir qutu benzin göndərin.!.
Kreml hər şeyi inkar edir...
Meqan Mobbs-un fikrincə, ABŞ Rusiya əleyhinə sanksiyaları da gücləndirməlidir
“Böyük geosiyasətçi”nin son 25 il ərzində Rusiyada qurduqlarının gələcəyi yoxdur...
O, Ukraynanın sağ qalacağına əmindir...
Ukrayna xarici kəşfiyyatı detalları açıqlayıb...
Ukrayna mediası tərəfindən sızdırılan ABŞ-ın yeni sülh planı tamassmilə mümkün deyil...