Şimali Koreya ABŞ-ın Pxenyana qarşı yeni sanksiyalar tətbiq etməsindən sonra "daha güclü və qəti cavab" verməli olacağı barədə xəbərdarlıq edib.SİA xəbər verir ki, Koreya Mərkəzi Teleqraf Agentliyinin saytında yerləşdirilmiş KXDR XİN təmsilçisinin bəyanatında bildirilir ki, əgər ABŞ bu cür qarşıdurma mövqeyini davam etdirsə, KXDR buna daha sərt və daha qəti reaksiya verməyə məcbur olacaq.Onun sözlərinə görə, son zamanlar hipersəs raketlərinin buraxılışı özünümüdafiə hüququnun həyata keçirilməsi olub."Bu heç bir konkret ölkə və ya qüvvələrə qarşı yönəlməyib və qonşu ölkələrin təhlükəsizliyinə heç bir zərər vurmayıb", - deyə bəyanatda qeyd olunur.Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ-ın hərəkətlərini “açıq-aşkar təxribat” adlandırıb və Vaşinqtonu “vəziyyəti qəsdən gərginləşdirməkdə” ittiham edib.
sia.az
Kreml ruslara xüsusi hərbi əməliyyatın tez bir zamanda sona çatması üçün ümid verdi
Rusiya müəssisələri xarici idarəetməyə veriləcək...
Kremlin taktikaları əks nəticə verir...
Rusiyayönümlü baxışların populyarlığı bir neçə amillə əlaqələndirilir...
Bu, Putinin təcavüzünə yaxşı cavab olardı...
“Çamadanını götür və qatar stansiyasına”. Rusların getməsi üçün marşrut da planlaşdırılıb...
Putinin səfərbərliyi təxirə salmasının səbəbi də məhz budur...