PDF Oxu

Dünya

  • 10 499

Tailand son 20 ilin ən güclü mussonları ilə mübarizə aparır

image

Cənubi Asiyanın yay turizmi ilə məşhur ölkəsi Tailandda iyul-oktyabr ayları arasında təsirli olan musson yağışları bu il kifayət qədər güclüdür. SİA xəbər verir ki, ölkə daxilində təsirli olan leysan yağışlar kənd yerlərində çayların daşmasına səbəb olarkən, hərbçilər bir çox bölgələrdə xilasetmə işləri aparır.Güclü yağışların səbəb olduğu seldə paytaxt Banqkokda çox sayda avtomobil, ev və iş yeri su altında qalıb. Ötən gün paytaxt küçələrində dəyən ziyanın qiymətləndirilməsini aparan Banqkok qubernatoru Çadçart Sittipunt verdiyi açıqlamada sel sularının son 20 ilin ən yüksək səviyyəsi olan 170 santimetrə çatdığını bildirib. Yardım işlərinə qatılan qubernatorun sel sularında qalan bələdiyyə avtomobilini itələdiyi görülüb.Qubernator Çadçart sosial media hesabından canlı yayımla paytaxt sakinlərinə güclü yağışlı günlərdə motosiklet sürməmələri barədə xəbərdarlıq edib. Ötən gün Tailand hökuməti ölkədəki daşqınlarla əlaqədar 1,6 milyon Tailand bahtı (təxminən 800 min lirə) yardım büdcəsi ayırmağa qərar verib. Bundan əlavə, Phuket adasında və cənub bölgələrində müxtəlif istirahət mərkəzlərinin çimərliklərində qırmızı bayraqların qaldırıldığı, güclü yağış və fırtına zamanı turistlərə çimməmələri barədə xəbərdarlıq edildiyi məlum olub.

sia.az

Digər xəbərlər

Belaruslular rus turistlərə qapını göstərirlər...

“Çamadanını götür və qatar stansiyasına”. Rusların getməsi üçün marşrut da planlaşdırılıb...

Rusiya rejimi əslində nədən qorxur?

Putinin səfərbərliyi təxirə salmasının səbəbi də məhz budur...

Putinin riyaziyyata qarşı xəyalları...

Müharibə Tədqiqatları İnstitutu Donbasın işğalının əsl şərtlərini adlandırdı... Rusiya ordusu artıq 15 müddətə əməl edə bilməyib...

“Kreml baş verənlərə nəzarəti itirir...”

İqor Lipsits bu qış Rusiyanı nələrin gözləyə biləcəyini izah etdi...

“Yazda Rusiya ordusu döyüş effektivliyini tamamilə itirəcək”

Hərbi analitik cəbhədə dönüş nöqtəsi olacağını proqnozlaşdırdı...

Soçi soyunma otağından...ayıb olsun..?

Simonyana heç olmasa bir qutu benzin göndərin.!.

ABŞ Ukraynanın “Starlink”-dən istifadə etməsinə icazə verə bilər

Meqan Mobbs-un fikrincə, ABŞ Rusiya əleyhinə sanksiyaları da gücləndirməlidir