Mehmet Cahit Turhan: İndiyədək Bakı-Tbilisi-Qars dəmir yolu ilə 184 min ton yük daşınıb

İndiyədək Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ilə 184 min ton yük daşınıb.Bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turhan deyib.“Həmin yüklərin 17 min 500 tonu Türkiyə üzərindən tranzit daşınıb. Ötən il BTQ ilə daşınan yüklərin Türkiyənin beynəlxalq yükdaşımalarındakı payı 6,8 faiz olub”, - deyə nazir vurğulayıb.

yap.org.az