Siyasət

  • 489

Ağcabədidə inşa müsabiqəsi keçirilmişdir - ŞƏRH

image

Aprel ayının 25-də YAP Ağcabədi rayon təşkilatının inzibati binasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə məktəblilər arasında “Ulu Öndərin ideyaları yaşayır və qalib gəlir” mövzusunda inşa müsabiqəsi keçirilmişdir.

Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra YAP Ağcabədi rayon təşkilatının sədr müavini Nazim Bünyatov müsabiqəni açıq elan edərək yarış iştirakçılarına uğurlar arzulamış, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri barədə məlumat vermiş, onun bütün ideya və arzularının Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən çox böyük uğurla həyata keçirildiyini vurğulamışdır.

Nazim Bünyatov bildirmişdir ki, Rayon təşkilatı hər il Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə silsilə tədbirlər keçirir. Artıq Ulu Öndərin anadan olmasının 101-ci ildönümü münasibətilə bədii qiraət müsabiqəsi başa çatmış,İntellektual oyun və şahmat yarışları isə davam edir. Mayın 10-dək bu kimi tədbirlərin keçirilməsi davam edəcəkdir.

Bu gün isə tərtib edilmiş tədbirlər planına müvafiq olaraq rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında inşa yazı müsabiqəsi keçirilir.

Yazı işləri Münsiflər heyəti tərəfindən yoxlandıqdan sonra müsabiqədə I, II, III yerləri tutan şagirdlər YAP Ağcabədi rayon təşkilatı tərəfindən Fəxri Fərman və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

Kənan İsayev

Digər xəbərlər