Xəbərlər

  • 5 484

Zakir Həsənov Belarusun Hərbi Akademiyasında olub

image

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Belarus Respublikasının Hərbi Akademiyasında olub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazirə Akademiyanın strukturu, fəaliyyəti barədə brifinq təqdim edilib. Hərbi təhsil müəssisəsinin əməliyyat-taktiki və strateji səviyyəli müxtəlif fakültələri ilə tanış olan nümayəndə heyətinə silah, hərbi texnika və digər döyüş vasitələri nümayiş etdirilib, onların təyinatı və imkanları barədə ətraflı məlumat verilib.

Digər xəbərlər