Xəbərlər

  • 1 253

“İnter” 20-ci dəfə futbol üzrə İtaliya çempionu olub

image

Futbol üzrə İtaliya çempionatının 33-cü turunun matçında "Milan"ı 2:1 hesabı ilə məğlub edən "İnter" vaxtından əvvəl turnirin qalibi olub. SİA xəbər verir ki, görüş "Cüzeppe Meatsa" stadionunda baş tutub."İnter"də qolları Françesko Acerbi (18-ci dəqiqə) və Markus Türam (49-cu dəqiqə) vurub. “Milan”ın yeganə qoluna isə Fikayo Tomori (80) imza atıb.Bununla da “İnter” 86 xal toplayıb və çempionatın başa çatmasına 5 tur qalmış çempionluğunu elan edib. “Milan” 69 xalla 2-ci yerdədir. “İnter” 20-ci dəfə İtaliya çempionu olub və titulların sayına görə (19 qələbə) “Milan”ı ötüb. Rekordçu isə 36 dəfə çempion olmuş “Yuventus”dur.Qeyd edək ki, ötən mövsüm "Napoli" İtaliya çempionu olub.

Digər xəbərlər