Xəbərlər

  • 6 083

Gimnastika üzrə 25-ci Azərbaycan birinciliyi və Bakı çempionatı keçiriləcək

image

Azərbaycan Gimnastika Federasiyası yerli yarışlar mövsümünə start verir. Federasiyadan SİA-ya verilən məlumata görə, silsilə beynəlxalq yarışlara ev sahibliyi edən Milli Gimnastika Arenası bu dəfə 29-30 iyun tarixlərində baş tutacaq kişi və qadın idman gimnastikası 25-ci Azərbaycan birinciliyi və Bakı çempionatına hazırlaşır.İki gün davam edəcək turnirdə ümumilikdə 100-dən çox gimnastın iştirak edəcəyi gözlənilir.Yarışlarda qadın idman gimnastları böyüklər, gənclər, yeniyetmələr, uşaqlar, balacalar və kişi idman gimnastları isə böyüklər, gənclər, yeniyetmələr, uşaqlar, balacalar, kiçiklər və balalar yaş qrupunda mübarizə aparacaqlar.

sia.az

Digər xəbərlər